Fələstin Səhiyyə Nazirliyi oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda ən azı 3500 nəfərin öldüyünü, 12 min insanın isə yaralandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada İsrailin 7 oktyabrdan etibarən Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda itkilərlə bağlı yeni məlumatlar paylaşılıb.
Açıqlamada İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 3500 nəfərin öldüyü, 12 min adamın isə yaralandığı bildirilib.
İsrail son 24 saatda Qəzza zolağında 678 fələstinlini qətlə yetirib.
Qəzzada Səhiyyə Nazirliyi İsrailin hücumlarında ölənlərin 70 faizinin qadın, uşaq və qoca olduğunu bildirib.
Səhiyyə Nazirliyi əvvəlki açıqlamasında Qəzzada İsrailin hücumlarında 3 min 478 nəfərin öldüyünü açıqlamışdı.
Şayəstə Hüseynova