Qəzzada Səhiyyə Nazirliyi, İsrail ordusunun son 24 saatda həyata keçirdiyi hücumlarda ölənlərin sayının 122 nəfər artaraq 22 min 722 nəfərə çatdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 92 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.
Açıqlamada İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 122 fələstinlini öldürdüyü, 256 nəfərin yaralandığı bildirilib.
İsrail qüvvələrinin son 24 saatda “12 qırğın” həyata keçirdiyi ifadə edilən açıqlamada, 7 oktyabrdan bu yana hücumlarda həlak olan fələstinlilərin sayının 22 min 722, yaralı sayının isə 58 min 166-ya yüksəldiyi qeyd edilib.
Şayəstə Hüseynova