Mühasirəyə alınmış Qəzza zolağından olan silahlı qrup yaxınlıqdakı Sderot şəhərində polis məntəqəsini ələ keçirib.
Elchi.az xəbər verir ki, İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərinə görə, Qəzzadan İsrail bölgələrinə sızan silahlı qrup Sderot şəhərində bir polis məntəqəsini ələ keçirib.
İsrail ordusunun silahlı qruplarla qarşıdurmaya girdiyi və yaralananların olduğu bildirilib. İsrail ordusu Sderot şəhərinin girişində yolları bağlayıb.
İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağının ətrafındakı 80 kilometr radiusda olan ərazini hərbi zona elan edib.
İsrailin Kanal12 televiziyasının xəbərinə görə, Qəzzadan 4 ayrı fələstinli silahlı qrup ətrafdakı yaşayış məntəqələrinə daxil olub.
Şayəstə Hüseynova