Qətər ABŞ ilə İranın iyunun 19-da gözlənilən görüşü və müharibəninin dayandırılması ilə bağlı memorandumun imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün əsas olacağına ümid edir.
Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bunu Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani deyib.
“Ümid edirəm ki, qarşıdan gələn görüş dialoq və əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq”, – o bildirib.
Qətər Əmiri ABŞ və İran arasında memorandum barədə razılaşmanı yüksək qiymətləndirib:
“Prezident Trampa (ABŞ Prezidenti Donald Tramp – red.), Pakistana və bütün tərəfdaşlara minnətdarlığımızı bildiririk”.
Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirib. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.




















