"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qərbi Azərbaycanda toy adətləri

01 Sentyabr 2025 - 15:09
in CƏMİYYƏT
FacebookVatsap

Əslində, şimallı-cənublu, qərbli-şərqli doğma Azərbaycanımızın bölgələrindəki toy adətləri bir-birindən elə də fərqlənmir. Bu, təsadüfi deyil. Çünki bu adətlər Azərbaycanın müxtəlif tarixi bölgələrində yaranıb və əsrlər boyu inkişaf edərək vahid və zəngin bir adət-ənənə sisteminə çevrilib. Qız bəyənmə, elçilik, xınayaxdı, parça kəsimi – toydan əvvəlki və ya sonrakı adətlər və sair. Bu adətlərin əksəriyyəti Azərbaycanın müxtəlif bölgələrindəki toylarda demək olar ki, icra olunub. Düzdür, zaman keçdikcə bəzi adətlər unudulub, formasını dəyişib və ya ona yeni çalarlar əlavə olunub. Ancaq mahiyyət demək olar ki, dəyişməz qalıb.

Bunu da oxuyun

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

Novxanıda anım günü

Bu səbəbdən bugünkü yazımızda bütün adət-ənənə zəncirinin hər bir detalına deyil, yalnız Qərbi Azərbaycanın müxtəlif bölgələrinə xas olan toy adətlərinə diqqət yetirəcəyik. Çünki bu ərazi qədim türk milli adət-ənənələrinin uzun müddət konservativ şəkildə qorunması, kənar təsirlərə daha az məruz qalması ilə seçilir.

Qərbi Azərbaycanda yaşayan yerli əhali son 200 ildə dəfələrlə deportasiyalara, soyqırımlara məruz qalsa da, minillik türk etnik mədəniyyət nümunələri övladlarının yaddaşında, adət-ənənələrində yaşayıb və nəsildən-nəsilə ötürülüb. Minillər boyunca soydaşlarımızın ruhuna, qanına hoparaq qorunub saxlanmış zəngin folklor irsi, əslində, bu tarixi diyarımızda yaşamış soydaşlarımızın etnoregional yaddaş salnaməsinə və zamanla iç-içə yaşam modelinə çevrilib.

Şax bəzəmə

Qərbi Azərbaycan toylarının baş bəzəyi Şax bəzəmə adlanır. Yüz illər boyu el, camaat bu adətə bolluq, bərəkət, əhdə-vəfa mənası verib. Gəlinin “Şax”ını adətən onun ürək dostu, sirdaşı olan bacılığı hazırlayırdı. Gəlin köçən qızın şaxı löyün-löyün el nemətləri ilə bəzənərdi. Təxminən 1 metr boyunda olan taxta və ona bərkidilmiş budaqların üstünə güzgü, şam, parça, şirniyyat, meyvə bərkidilərdi. Şaxdakı qızılyanaq almalar qız-gəlin yanağı kimi alov-alov alışardı. Oğlan evindən qız şaxına gələn cavanların ürəyinə od salardı. Beləcə, bir toyda neçə-neçə toyun binəsi qoyulardı.

“Bəyin oğurlanması” filmindən

Rejissorlar Ceyhun Mirzəyev və Vaqif Mustafayevin 1985-ci ildə xalq yazıçısı Mövlud Süleymanlının ssenarisi əsasında çəkdikləri “Bəyin oğurlanması” filmini yəqin xatırlayırsınız. Əslində, “Bəyin oğurlanması” adəti Qərbi Azərbaycan ərazisi də daxil olmaqla əksər bölgələrimizdə var.

Ancaq Qərbi Azərbaycanda, Göyçə mahalında bir adət vardı ki, son dövrlərdə başqa heç bir bölgədə rast gəlinmirdi – “Bəyi döymək” adəti. 1988-ci il deportasiyasına qədər bu adət yalnız Göyçə mahalının Bala Məzrə kəndində saxlanmışdı. Toy gecəsindən əvvəl bəy sağdışıgildə qalırdı və orada subay oğlanlarla subaylığın son gecəsində yeyib-içib şənlənirdilər. Sabahısı gün zurna-nağarayla bəyi evlərinə gətirəndə, yolda subay oğlanlar bəyi simvolik olaraq döyürdülər – bəzən yalnız şapalaq və ya yumruq, bəzən isə çubuqla.

Bu adətin izahı da vardı: bəy artıq subayların sırasını tərk etdiyinə görə subay yoldaşlarından kimin onda heyfi varsa, simvolik olaraq belə çıxırdı. Toy gecəsindən sonra isə hamı təzə bəylə olan köhnə inciklikləri unudmalıydı. Evli olduqdan sonra heç kimin onunla köhnə ədavəti aparmağa haqqı yox idi. Əslində, bu, çox qədim bir Oğuz adətidir.

“Diriliş Ərtoğrul” filmindən

Qədim Oğuz adət-ənənələri və tarixi mənbələr əsasında çəkilən “Diriliş. Ərtoğrul” serialında da toy səhnələrində bu adət bir neçə dəfə canlandırılıb. Bütün Azərbaycanda olduğu kimi, Qərbi Azərbaycan toylarında da yardımlaşma əsas şərtlərdən biri sayılırdı. Toy sahibinin dəvəti olmadan bütün məhəllə toyqabağı köməyə toplaşırdı. Qadınlar və kişilər, uşaqlar və böyüklər toyxananın qurulmasından tutmuş ən xırda məsələlərin həllinə qədər hər kəs əlindən gələn köməyi göstərirdi.

Ən qədim zamanlarda ürəyi istəyən adamları toya dəvət etmək üçün ev sahibi bir nəfər “adamçağıran” təyin edirdi. Bəzi bölgələrdə buna “dəvətçi”, “nəmçi” və ya “çağrıcı” da deyirdilər. Bu adam qapı-qapı gəzər, tapşırılan adamları toy sahibi adından məclisə dəvət edərdi.

50-60-cı illərdən sonra isə kağız dəvətnamələr yazılmağa başladı. Bəzən dost-tanışı toya dəvət etmək üçün foto kağızında çap olunmuş dəvətnamələrdən də istifadə olunurdu. Qeyd edək ki, bu dəvətnamələr qədim yurd yerlərimiz olan Zəngibasardan və Vedibasardan xatirə kimi qalıb.

Xüsusi imtiyazlı şəxslər – nişanlı qızlar və həmin il toyu olmuş təzə gəlinlər – toya ancaq musiqi ilə dəvət olunardılar. Toydan bir gün əvvəl çalğıçılar və gənc qızlar həmin nişanlı qızların və gəlinlərin olduğu evləri qapı-qapı gəzərək həyətlərində rəqs edər, onları toya çağırardılar.

Gəlinin gətirilməsi

Qərbi Azərbaycan toylarında gəlinin ata evindən aparılması mərasiminə bütün kənd şahidlik edirdi. 1987-ci ildə lentə alınmış kadrlar göstərir ki, Göyçə mahalının Pəmbək kəndindən Zod kəndinə gəlin aparılırdı.

İndiki toylardan fərqli olaraq Qərbi Azərbaycan toylarında gəlini ya ocağın ya da təndirin başına fırladırdılar. Bu, gəlinin ata ocağından xeyir-dua alması və köçdüyü ocağa aparması demək idi. Elə ki, gəlin evdən çıxarılırdı həmin vaxt molla gəlib kəbini kəsirdi. Toyun əvvəlindən axırına qədər gəlinin üzü duvaq ilə örtülü olurdu.

Gəlinin əlinə pul bağlanması, belinin qurşaması eyni ilə başqa bölgələrdə olduğu kimi idi. Əgər qız evi oğlan evinə yaxın idisə gəlini piyada, yox, uzaq idisə at belində aparardılar. Gəlin bəy evinə çatana qədər də çox maraqlı hadisələr olurdu. Hətta bu adət atı avtomobil əvəz etdikdən sonra da unudulmamışdı. Gəlin ata evindən çıxanda kəndin dəliqanlı cavanları atlarını kəsə yollarla çaparaq oğlan evinə xəbər aparırdılar. Bu müjdə xəbərini aparanlara sürəkçilər deyilirdi. Oğlan evinə ilk çatan və gəlinin gəlişini ilk müjdələyən sürəkçiyə oğlan evi nəmər verirdi.

Oğlan evinə çatanda gəlinin ayağının altında mütləq qurban kəsilirdi. Bundan sonra gəlin ayaqqabısını çıxarır evə piyada, ayaqqabısız gəlirdi. Bunun da öz mənası vardı… El arasında ayaqqabı darlıq sayıldığından gəlinin ayaqqabısını çıxarması onun darlıqdan qurtarması, gəldiyi evə xoşbəxtlik, əmin-amanlıq gətirməsi demək idi. Evin qapısının ağzına- gəlinin qarşısına lavaş və şəkər düzülürdü. Gəlin o lavaşları və qəndləri bir-bir yerdən yığdıqdan sonra evə daxil olurdu. Bu, gəlinin evə ruzi-bərəkət və şirinlik gətirməsi demək idi.


(Yazı Media İnkişaf Mərkəzinin icra etdiyi “Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” layihəsi çərçivəsində hazırlanıb)

Previous Post

İlham Əliyev: Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib

Next Post

Prezident: Azərbaycan Çinin qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüslərini dəstəkləyib

Bənzər yazılar

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

28 Sentyabr 2026 - 21:30

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə məlumat "Perished civilization"da öz...

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

28 Sentyabr 2026 - 20:35

Bakı Təşəbbüs Qrupu BMT Baş Assambleyasının 81-sessiyasına qatılıb. Elchi.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarınbda...

Novxanıda anım günü

Novxanıda anım günü

28 Sentyabr 2026 - 18:46

Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Anım Günü ilə bağlı ehsan verilib. Ehsan məclisindən öncə Ümummilli...

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

28 Sentyabr 2026 - 17:55

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bunu Elchi.az-a...

Next Post
Prezident: Azərbaycan Çinin qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüslərini dəstəkləyib

Prezident: Azərbaycan Çinin qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüslərini dəstəkləyib

Sidneydə naməlum şəxs avtomobili Rusiya konsulluğuna çırpıb

Sidneydə naməlum şəxs avtomobili Rusiya konsulluğuna çırpıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

28 Sentyabr 2026 - 23:46
İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

28 Sentyabr 2026 - 23:42
Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 - 23:38
ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

28 Sentyabr 2026 - 23:30
Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək

Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək

28 Sentyabr 2026 - 21:33
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

28 Sentyabr 2026 - 21:30
Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

28 Sentyabr 2026 - 20:35
Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib

Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib

28 Sentyabr 2026 - 20:31
Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

28 Sentyabr 2026 - 20:29
FTB-nin direktor müavini Endryu Beyli istefa verib

FTB-nin direktor müavini Endryu Beyli istefa verib

28 Sentyabr 2026 - 20:26
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28
Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

28 Sentyabr 2026 - 19:11
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident Naftalana yeni icra başçısı təyin etdi

28 Sentyabr 2026 - 18:58
Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

28 Sentyabr 2026 - 18:49
Novxanıda anım günü

Novxanıda anım günü

28 Sentyabr 2026 - 18:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.