Elchi.az xəbər verir ki, Cənubi Koreya 1960-1990-cı illərdə ABŞ və Avropa ailələri tərəfindən ailələrindən alınaraq övladlığa götürülən şəxslərin sənədlərinin saxtalaşdırıldığı və ya gizlədildiyi şübhəsi ilə istintaqa başlayacağını açıqlayıb.
Cənubi Koreyanın Həqiqət və Barışıq Komissiyası 1960-1990-cı illərdə bioloji mənşəli sənədlərin itirildiyi və ya müvafiq məlumatların təhrif edildiyi səbəbilə övladlığa götürülən 34 nəfərin işini araşdıracağını açıqlayıb.
Açıqlamada bildirilib ki, övladlığa götürülən uşaqların bioloji ailələrə malik olmasına baxmayaraq sənədlərdə yetim kimi göstərilərək, Avropa və ya ABŞ-a çatmamış dünyasını dəyişən və ya səyahət etmək üçün kifayət qədər sağlam olmayan uşaqların şəxsiyyət məlumatları ilə əvəz edilib.
Xarici ölkələrdən uşaqların Hollandiyada övladlığa götürülməsi ilə bağlı aparılan araşdırmaya işarə edilən açıqlamada Cənubi Koreya və digər ölkələrdən övladlığa götürmənin uşaqlar və onların bioloji valideynləri üçün insan hüquqlarının pozulması olduğu qeyd edilib.
Övladlığa götürənlər Cənubi Koreya hökumətini ölkənin dörd övladlığa götürmə agentliyinin saxladığı sənədlərin məhv edilməsinin və ya dəyişdirilməsinin qarşısını almağa çağırıblar.
Şayəstə