"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qərbdə “müsəlman terroru” haqqında mifləri kim, necə yaradıb? – araşdırma

06 Aprel 2015 - 21:00
in XƏBƏR LENTİ
FacebookVatsap

Reallıqla yazılanlar arasındakı təzadlar barədə bir daha…

Bunu da oxuyun

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

“Müsəlman yoxdur, terrorizm də yoxdur”. Son zamanlar Qərb mediasının dünya çapında yeritdiyi total təbliğat məhz bu ideyanın yaddaşlara həkk olunmasına hesablanıb. İş o yerə çatıb ki, hətta müsəlmanlar da elə bilirlər ki, Qərbin apardığı bu təbliğat həqiqətə söykənir. Yəni həqiqətən də bütün terror hadisələrini müsəlmanlar törədir. 

Bəşər sivilizasiyasının daşıyıcısı olan insanların beynini yumaq üçün Qərb mediası ağlasığmaz imkanlara malikdir. Sadəcə, bir faktı deyim: internetdə olan materialların 80 faizi ingilis dilindədir. Yerdə qalan 20 faizin içində isə Çin dilindən tutmuş hansısa buşmen xalqının dilinə qədər – bütün dünya dilləri qərar tutub. Ancaq Qərb mətbuatında istisnalar da olur. Bu yazı nadir sayıla biləcək həmin istisna materiallara istinadən hazırlanıb.

ABŞ-ın Thedailybeast.com saytı oxucularına belə bir sual ünvanlayır: “ABŞ və Avropada həyata keçirilən terror əməliyyatlarının neçə faizi müsəlmanların payına düşür? İndiyə qədər neçə dəfə eşitmisiniz ki, bütün müsəlmanlar terrorçu deyil, amma bütün terrorçular müsəlmandır?”

İngiltərənin Birmingem şəhərinə qeyri-müsəlmanların girişinin yasaq elan olunması yəqin ki, bir xristian olaraq sizi dəhşətə gətirib. Amma sizi aldadıblar. Bu, yalan söhbətdir. Düzdür, bəzi nüfuzlu insanlar bu kimi şayiələri həqiqət kimi qələmə verirlər. Guya müsəlman fanatiklər bu şəhərdə şəriət qanunları tətbiq edirlər və.s.

Bu kimi yalanlara züy tutan World Net Daily.com bir vaxtlar yazırdı: “İslam Qərblə, xristianlıq və musəviliklə müharibədədir. Bu müharibə Məhəmmədin hələ sağ olduğu vaxtlardan başlayıb. İslamla hər hansı dialoqdan danışmağa belə dəyməz. İslam faşizmdən daha dəhşətlidir”…

“Boston Herald” isə bir qədər də uzağa gedərək yazır: “1400 illik tarixi boyunca İslam özünü daha çox fanatizm, terrorizm, kütləvi qətllər və zorakılıq kimi sahələrdə yaxşı tanıdıb. Ərəblər qılınc gücünə öz dinlərin başqa xalqlara zorla qəbul etdiriblər”.

“Siz heç özünüzə sual vermisinizmi ki, nədən biz xristian, buddist və ya yəhudi terrorçu haqqında bir şey eşitmirik?”

Amerikalı jurnalist Dean Obeidallah oxucularına bu həssas mövzu ilə bağlı statistik məlumatları çatdırır. O, yazır: ”Gəlin Avropadan başlayaq. Son 5 ildə Avropada baş verən terror hadisələrinin neçə faizini müsəlmanlar törədib? Siz buna inanmayacaqsınız. Ancaq “Avropol”un təqdim etdiyi rəqəmlər bunu deyir ki, bu göstərici 2 faizdən də aşağıdır”.

“Heç yadınıza gəlirmi ki, hansısa Hollivud filmində müsbət ərəb və ya müsbət müsəlman obrazı olsun? Və ya bir yəhudi mənfi planda tamaşaçıya təqdim edilsin? Bir qayda olaraq  Amerika filmlərində yəhudilər bəşəriyyətin xilaskarı, ərəb və müsəlmanlar isə geriliyin və terrorun simvolu kimi göstərilir…”

Amerikalı yazar 2011-ci ildə Norveçdə Anders Breyvikin 77 nəfəri öldürməsini xatırladır və qeyd edir ki, hətta belə irimiqyaslı terror hadisəsindən sonra da kimsə “xristian terrorizmi”ni necə durdurmalı mövzusunda danışmaq istəmədi. Eyni hadisəni bir müsəlman törətsəydi, bunun müzakirəsi illərlə sürəcəkdi…

Siz heç buddist terrorçuları haqqında eşitmisiniz? Onlar Birma və Şiri Lnkada müsəlmanları öldürür, onların evlərinə od vururlar. Amma Qərb insanı onlar haqqında demək olar ki, heç nə bilmir…

Başqa bir məqam. 2013-cü ildə ABŞ-da 399 terror aktı İsrailə bağlı şəxslər tərəfindən həyata keçirilib. Ancaq Amerika xalqının bundan heç xəbəri də yoxdur. Amerikalının nəzərində yəhudinin terror törətməsi ağlasığmaz işdir. Amma statistika ortadadır. Yəhudilər ABŞ-da təkcə müsəlman məscidlərinə deyil, həmçinin xristian kilsələrinə də hücum edirlər. Amma media belə şeylərdən ya yazmır, ya da ötəri qeyd edir…

Federal Təhqiqat Bürosunun rəsmi məlumatına görə, 1980-2005-ci illər arasında ABŞ-da törədilən terror hadisələrinin 94 faizi qeyri-müsəlmanların payına düşür.

2014-cü ildə Şimali Karolina Universiteti müəyyən edib ki, “Əl-Qaidə” terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində törətdiyi silsilə terror aktlarından sonra 37 amerikalı müsəlman terrorçunun güdazına gedib. Həmin illər ərzində isə 190 min amerikalı qətlə yetirilib.

2013-cü ildə Boston Marafonu zamanı 3 amerikalı 2 nəfər çeçen əsilli terrorçu tərəfindən öldürülmüşdü. Ancaq ABŞ-da bəzən bir ailədən 5-6 nəfər bir gündə öldürülür. Belə faktlara elə də əhəmiyyət verilmir. Müsəlmanların törətdiyi cinayətləri şişirtmək isə – bu başqa məsələ. Amerikalılar belə şeylərə həvəslə yanaşırlar…

Amerikada hər gün 30 adam odlu silahla öldürülür. Ailədə baş verən zorakılıq nəticəsində isə 3 amerikalı qadın hər gün həyatla vidalaşır. Amma media belə şeylərin üstündən keçir. Onlara müsəlman terrorçular haqqında danışmaq daha cəlbedicidir…

Globalresearch.ca saytı isə Federal Təhqiqat Bürosunun 1980-2005-ci illər arasında ABŞ-da törədilən terror hadisələri ilə bağlı araşdırmasını diaqramla əks etdirib. Biz də həmin diaqramı təqdim edirik. Aydın görünür ki, ABŞ-da hətta yəhudilər belə müsəlmanlardan daha çox terror hadisələri törədiblər. Sözügedən sayt statistik materiallara istinadən yazır ki, 1970-2012-ci illər arası ABŞ-da 2400 terror hadisəsi qeydə alınıb. Onlardan 60-ı müsəlmanların payına düşür. Bu isə təxminən 2,5% deməkdir.

 

http://www.globalresearch.ca/non-muslims-carried-out-more-than-90-of-all-terrorist-attacks-in-america/5333619

Bir məqamı da vurğulamaq gərəkir. Qərb mətbuatı neçə vaxtdır mifik “Xorasan qrupu”ndan yazır. ABŞ, Suriyada İŞİD hǝdǝflǝrilǝ yanaşı, “əl-Qaidǝ” ilǝ bağlantısı olan “Xorasan qrupu”nu da vurur. İddia edirlər ki, bu qrup tezliklə Qərbdə silsilə terror aktları törədəcək. Hələ ki, ortada bir şey yoxdur. Əslində elə bir şey gözlənilmir də…

Göründüyü kimi, Qərb müsəlman terroru haqqında miflər yaradıb. Həqiqətdə isə müsəlman terrorçular Qərb üçün elə də böyük təhlükə mənbəyi deyil. Yəni özləri də etiraf edirlər ki, müsəlmanlar heç terroru da əməli-başlı bacarmırlar.

Buna baxmayaraq, dünya çapında anti-islam aksiyaları geniş vüsət alıb. Elə bu günlərdə Avstraliyanın Melburn şəhərində anti-islam xarakterli mitinqin iştirakçıları ilə yerli müsəlmanlar üz-üzə gəlib. Onların arasına girən polis tərəfləri bir-birindən uzaq tutmaq üçün ətdən çəpər çəkib. Yəni polis olmasa nifrət püskürən bu insanlar bir-birini küçənin ortasında boğub öldürər. Əlbəttə, Avstraliya istisna deyil. Almaniyanın Drezden şəhərində Avropanın “İslamlaşması əleyhinə” kütləvi hərəkat yaranıb və demək olar ki, hər ay mitinq keçirirlər. Aşağı-yuxarı, bütün Qərb ölkələrində belə bir mənzərəni görmək olar…

Melburunda keçirilən mitinqdə tribunadan görün nə deyirlər: “Yer kürəsində 1,5 milyard müsəlman yaşayır. Onlardan yalnız 15-20 faizi ekstremistdir, bu isə 300 milyon insan deməkdir. Məhz onlar Qərb sivilizasiyasını məhv etmək istəyirlər. Hazırda müsəlman ailələrində 5-8 uşaq böyüyür. Təbii ki, bu amil də müsəlman ekstremistlərin sürətlə çoxalmasından xəbər verir”…

Bəli, kimin nə deməyindən asılı olmayaraq əminliklə söyləyə bilərik ki, Qərb dünyası müsəlmanlara yumşaq desək, xoş münasibət bəsləmir. Düzdür, Qərb dünyası İslam dünyasından bütün parametrlər baxımından, iqtisadiyyatdan tutmuş hərbi gücə qədər, üstündür. Ancaq Qərb dünyası əldə etdiyi firavanlıq və asudəliyə azacıq təhlükənin yaranmasını belə son dərəcə ağrılı qəbul edir…

Müsəlmanların iştirakı ilə keçirilən terror aktlarından danışarkən mütləq qeyd etmək lazımdır ki, bu işlər “Əl-Qaidə” və onun keçmiş lideri Usama bin Ladenlə başlamayıb. Ondan çox-çox əvvəl – 1968-ci ildə Fələstindəki haqsızlıqlara etiraz olaraq irimiqyaslı terror aktı törədilib. Elə o vaxtdan indiyə kimi də sülh dini olan islamın yolunda olan müsəlmanlar arasında terrora meyl güclənib. Ortada İŞİD faktoru var. Əgər əvvəllər terror aktları törədənlər qaçıb aradan çıxırdılarsa, indi onlar dövlət içində dövlət yaradıblar, Qərbin ən üstün hərbi maşını ilə savaşa bilirlər. Bu da sirr deyil ki, bir çox müsəlman ölkəsində terrorçular böyük ərazilərə nəzarət edir…

Düzdür, arada müsəlman terrorçular Avropada və ABŞ-da da peyda olurlar. Bu ilin əvvəlində Fransanın tanınmış satirik jurnalı “Çarli Hebdo”nun ofisində terror aktı törədildi. Danimarkanın paytaxtı Kopenhagendə terror olayı yaşandı. Hər iki hadisə Məhəmməd peyğəmbərin karikaturalarına etirazdan qidalandı.

Burada kiçik bir haşiyə çıxmaqda yarar var. Qərbdə bir çoxları belə bir arqument səsləndirirlər ki, xristianların Məhəmməd peyğəmbərin karikaturasını çəkməsi özünüifadə azadlığı ilə bağlıdır. Bəziləri hətta belə bir təkliflə də çıxış edirlər ki, qoy müsəlmanlar da bunun əvəzində İsa peyğəmbərin karikaturasın çəksinlər. Əlbəttə, bu təklif islamdan bixəbər olanlardan gələ bilər. Quranda haqqında söhbət açılan İsa peyğəmbərin müsəlmanlar üçün nə qədər əziz olmasından bu insanlar sadəcə, xəbərsizdir. Anlamırlar ki, bir müsəlman üçün Allahın ölüləri belə diriltmək gücü verdiyi İsa peyğəmbəri təhqir etmək kafirlik kimi bir şeydir…

Ümumiyyətlə, Qərbdə Məhəmməd peyğəmbərə qarşı hücumların olması təzə söhbət deyil. Tanınmış Britaniya yazıçısı Salman Rüşdu  1988-ci ildə “Şeytan ayələri” romanında İslam peyğəmbərinin ailəsini təhqir etdi. İranın dini lideri Xomeyni də romanda mənfi planda təqdim olunmuşdu. Salman Rüşdu haqqında verilmiş ölüm fətvası hələ də qüvvədədir. Qeyd edək ki, bu əsərə görə indiyə kimi dünyanın dörd tərəfində 70-dən çox insan öldürülüb…

“Şeytan ayələri” Qərb düşüncəsində İslam dünyasına qarşı bəlli bir fikrin formalaşmasında müstəsna rol oynayıb. Elə o vaxtdan da bu düşüncə müxtəlif sahələrdə, xüsusən mediada özünü aydın göstərməyə başladı.

Təbii ki, dünya film sənayesinin paytaxtı kimi tanınan Hollivud da bu sırada özünə ciddi yer elədi. Heç yadınıza gəlirmi ki, hansısa Hollivud filmində müsbət ərəb və ya müsəlman obrazı olsun? Və ya xatırlayırsızmı ki, bir yəhudi mənfi planda tamaşaçıya təqdim edilsin? Bir qayda olaraq  Amerika filmlərində yəhudilər bəşəriyyətin xilaskarıdır, ərəb və müsəlmanlar isə geriliyin və terrorun simvolu kimi göstərilir. Hollivud incəsənətdən xalqlar və dinlər arasında nifrət aşılamaq məqsədi ilə sui-istifadə edir. Halbuki incəsənət Adəm övladları arasında ən yüksək mənəvi dəyərləri təlqin etməlidir…

Şübhəsiz ki, ictimai rəyin formalaşması, ona gərəkən şəklə salınması medianın əsas funksiyalarından biridir. Vizual media bu sırada xüsusi önəm daşıyır. Araşdırmağa cəhd etdiyimiz mövzudan bəhs edən middleeastmonitor.com saytını da Hollivudu bilərəkdən həqiqətləri təhrif etməkdə suçlayır…

https://www.middleeastmonitor.com/articles/americas/16653-hollywoods-anti-arab-and-anti-muslim-propaganda 

Məşhur amerikalı sosioloq və politoloq Samuel Hantinqton “Sivilizasiyaların toqquşması” əsərində fərqli tərəflər arasında savaşın qaçılmazlığı ideyasını ortaya atıb. Bununla da Qərb İslam dünyasına baxışını elmi əsaslar üzərində də yerləşdirməyə, bu işi sistemli şəkildə nizamlamağa başlayıb. Təsadüfi deyil ki, bir çoxları bu əsərin ABŞ kəşfiyyatının sifarişi ilə yazıldığını iddia edir.

Təəssüflə onu da etiraf etmək lazım gəlir ki, müsəlman dünyasının özündə terrorçular getdikcə daha çox nüfuz qazanırlar. Xüsusən hər ötən gün daha çox müsəlman İŞİD-ın cihadın rəmzi olan qara bayrağı altına toplanır. Yaxın Şərq sünni və şiələr arasında məzhəb savaşına səhnə olur. İslam dünyasının gələcəyi ciddi narahatlıq doğurur. Qərb ölkələri isə müsəlman ölkələrində müxtəlif münaqişələr yaratmaqla bu narahatlığın daha üzücü olmasına yardımçı olur…

 

Previous Post

Qərbdə “müsəlman terroru” haqqında mifləri kim, necə yaradıb? – araşdırma

Next Post

Dollar bahalaşıb, avro ucuzlaşıb

Bənzər yazılar

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01

Türkiyənin Bakırköy prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı narkotik vasitələrin istifadəsi ilə əlaqədar istintaq çərçivəsində saxlanılan 19 şübhəli barəsində aparılan ekspertizanın...

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55

"Suriya Demokratik Qüvvələri"nin (SDQ) tərkibindəki birləşmələrin buraxılması və onların on ildən artıq müddət ərzində nəzarət etdikləri ərazilərdə yaratdıqları özünüidarəetmə sisteminin...

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53

Moldovanın Baş naziri Vasile Tofan dizel və qaz bazarları da daxil olmaqla, enerji sektorundakı vəziyyəti nəzərdən keçirmək üçün iyulun 28-də...

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24

Albaniya parlamenti hərbi satınalmaların maliyyələşdirilməsi üçün ABŞ-dan 302 milyon dollar məbləğində kredit alınmasını təsdiqləyib. Elchi.az məlumata görə, bu barədə Bloomberg...

Next Post

Dollar bahalaşıb, avro ucuzlaşıb

Bakıda 3 avtobus toqquşdu: ölən və yaralananlar var

Son xəbərlər

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01
“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55
Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53
Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

27 İyul 2026 - 21:14
Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

27 İyul 2026 - 21:06
Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

27 İyul 2026 - 21:01
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

27 İyul 2026 - 19:59
Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

27 İyul 2026 - 19:55
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52
Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

27 İyul 2026 - 19:44
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

27 İyul 2026 - 19:30
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

Cəlilabad sakini Masallıda bədbəxt hadisə nəticəsində ölüb

27 İyul 2026 - 19:20
“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

27 İyul 2026 - 19:15
“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

27 İyul 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.