“Qərbdə media azadlığına gəlincə, bu, yəqin ki, onlar üçün efemer anlayışdır. Mən tam məsuliyyətlə bəyan edirəm ki, kollektiv Qərbdə və onların mediasında media azadlığı ideal konsepsiyada mövcud deyil, ideal demokratiya yoxdur”.
Elchi.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Yeni Üfüqlər” təhsil marafonunda sualları cavablandırarkən deyib.
Rusiya rəsmisi Qərbdə media azadlığı və demokratiyanın olmadığını tam əminliklə ifadə edib.