Demokratlar ABŞ Konqresinin yuxarı palatasına nəzarəti əldə saxlayacaqlar.
Elchi.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Respublikaçıların ümidlərinə sonuncu zərbə Nevadada vuruldu. Bu ştatda keçirilən aralıq seçkilərdə hazırkı Demokrat senator Ketrin Kortez Masto qalib gəlir”, – məlumatda bildirilib.
Son məlumata görə, səslərin 96 faizinin sayılmasından sonra Masto 48.7 faiz səslə Respublikaçılardan olan rəqibi Adam Laksaltı qabaqlayıb.
Bildirilib ki, Demokratların Nevada ştatında qələbəsi onların Senatda ən azı 50 yerə sahib olması deməkdir, Respublikaçılar isə indiyədək 49 yer əldə ediblər.
İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib
İran hakimiyyəti dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulmuş qadağanı aradan qaldırıb. Elchi.az xəbər verir ki, bu barədə İran İslam Respublikası...





















Son şərhlər