"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qədim teatrın yeni suflyorları – Aqşin Yenisey yazır

10 Noyabr 2015 - 10:56
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Etnoqrafiyanın yazılı qanunlarında deyilir ki, hər bir xalq öz təbii mövcudluğunu qoruyub saxlamaqdan ötrü, ilk növbədə, təşkil olunduğu fərdlərin metafizik dayanıqlığını təmin edən təsisatlar yaratmağa, özü yarada bilmirsə, başqa xalqların yaratdıqlarından oğurlayıb, ora-burasına əl gəzdirməklə özününküləşdirməyə məhkumdur.

Dərhal nümunə göstərək: qədim romalılar misirlilərin məhkəmə allahı Nemezidanı əkişdirib ondan sonralar bütün dünyanın müraciət etdiyi ən mükəmməl Roma hüquq sistemini yaratdılar. Bu mənada dünya dinlərinin tapındığı müasir tək Allahlar da müəllifi məlum olmayan qədim vahid Allah ideyasının oğurluq oxşarlarıdır. Yenə nümunələrə baxaq; daşdan saxsıya, saxsıdan gönə, göndən kağıza uzanan yazı yaddaşına inansaq, belə agah olur ki, günümüzün “inanc dəstlərini” təşkil edən oxşar Tanrıları və onların müqəddəs idarə heyətini hindlilər şumerlərdən, farslar hindlilərdən, yunanlar və misirlilər farslardan, yəhudilər və romalılar yunan və misirlilərdən, avropalılar və ərəblər isə yəhudilərdən müxtəlif yollarla mənimsəyərək, özlərinin kütləvi psixi gərginliklərinin öhdəsindən gələ bilən, mental xarakterlərinə və coğrafi mühitlərinə uyğun hala salıblar.

Məhz bu ilahi adaptasiya nəticəsində eyni din – xristianlıq İspaniyada, Fransada, İngiltərədə fərqli şəkillər almışdır, eləcə də islam dini müsəlman ölkələrinin tarixi mentalitetinə uyğun olaraq Asiya boyunca çeşidlənmiş və bu gün hamının axtardığı “əsl islam” qitəni əhatə edən geniş çöllərdə, səhralarda itkin düşmüşdür. Eyni Tanrı bir xalqın təfəkküründə mərhəmətli, digərində qəzəbli və deyingən olmuşdur, başqa birində soyuqqanlı, o birində, yumşaq desək, ehtiras düşkününə çevirilmişdir.

Eləcə də digər dünyəvi dəyərlərin – miflərin, nağıl və dastan qəhrəmanlarının oxşarlıqları da “Babil qülləsi”ni dağıtmaqla Tanrının insan təkəbbürünə cəza olaraq dünyanı dil xəritəsinə bölməsi rəvayətinə şübhə yeri qoymur.

Tarixin təkrarlanması nəzəriyyəsi bizi məcbur edir ki, sivilizasiyanın inkişafını riyazi rəqqasın hərəkəti kimi gözdən keçirək. Vahid dilin parçalanması oxşar fərqliliklərin yaranmasına, yəni çeynənilmiş frazayla desək, “sonun başlanğıcına”, dünya tarazlığının pozulmasına təkan verdi; Qədim dünyanın başlanğıc nöqtəsi olan “HAMININDIR” hökmlü bərabərlik, eynilik ideyasından yola çıxan bəşər tarixi amplitudun Orta əsrlərində “BİZİMDİR” ayrıseçkiliyinə və son müasir dövründə isə “MƏNİMDİR” düşmənliyinə qədər irəlilədi.

“MƏNİMDİR” dirənişi “HAMININDIR” nöqtəsindən hərəkətə başlayan sivilizasiya rəqqasının amplitudasında son hədddir, bundan sonra, ya bu rəqqas geriyə, özünün ilkin tarazlıq vəziyyətinə qayıtmalıdır, ya da onu saxlayan “sapdan” – bəşəri dəyərlər sistemindən – qopub “HEÇ KİMİNDİR” boşluğuna, sonsuzluğuna, xaosa yuvarlanmalıdır. Buna görə də indi dünya xalqları, məsələn, biz müsəlmanlar, pravoslav ruslar geriyə, ən azı, Orta əsrlərdəki “BİZİMDİR” dövrünə qayıtmağı düşünürük, əks halda, müsəlman və pravoslavlara elə gəlir ki, katolik və protestantlardan ibarət xrisitian dünyası, eynən rəqsi hərəkətdə olduğu kimi, kənar qüvvələr olaraq özlərinin periodik müdaxilələri ilə məcburi rəqsə təhrik edərək onları asıldıqları “sapdan” – mövcud milli-irsi-dini dəyərlərindən qoparıb, sistemdən uzağa, yuxarıda dediyimiz “HEÇ KİMİNDİR” xaosuna, əbədi məhvə, dönüşü olmayan sonsuzluğa atacaqlar .

Tarixin Şərq-Qərb toqquşması adlandırılan, əslində isə xristian-müsəlman dini qarşıdurmasının yeni mərhələsi olan Orta Şərq münaqişəsi onu göstərir ki, müsəlman dünyası geriyə “BİZİMDİR” yarımvəhşiliyinə can atır, xristian dünyası isə onu, əksinə, özü ilə bərabər “BİZİM DEYİLSƏ, HEÇ KİMİNDİR” xaosuna itələyir. Bu, bəşəriyyətin növbəti Babil dövrünə, Babil təkəbbürünə daha çox oxşayır.

Amansızlığın, qəddarlığın və əxlaqsızlığın adiləşməsi onu göstərir ki, müharibəyə nəzarət artıq sərkərdələrin – korporativ maraqların nəzarətindən çıxıb, əsgərlərin, yəni daha barışmaz düşmənlər olan dini fanatizmlə elmi təxəyyülün, ənənəylə zəkanın, miflə reallığın öhdəsinə buraxılıb və hələ ki, “heç nə” və “heç kim” uğursuzluğu ilə nəticəsiz davam edir.

Vaxtilə istər Şərq, istər Qərb dünyasında Milada görə, Orta əsrlərin “böyük qorxu dövrünün” zəkası özünü fiziki məhvolmadan qorumaq məqsədilə dinin nüvəsini onun mantiyasından – mövhumatından ayırmaqla, əslində, özü də hiss etmədən, daha təhlükəli olan dinin ekzistensial substansiyasını qorumuş oldu. Bu gün din artıq özü öz mövhumatını rədd edir, öz düşmənlərinin qarşısına xurafat, mövhumat şəklində deyil, özünün ekzistensial halı, daha möhkəm, daha bütöv olan nüvəsi ilə çıxır, elmin yaxasından yapışıb bağırır ki, sözün var üzümə de, adımı mövhumat, xurafat qoyub arxamca danışma.

İndi dini təcavüzdən qorunmaq üçün elm özü özünün elmi mövhumatını yaradır və yayır, sanki, elmi texnologiyalar bir-birini üstələyən inkişafın yeni pilləsi kimi deyil, keçmiş milli-dini ənənələrə qarşı daha effektiv zərbə vurmaq üçün düşünülmüş aksiya amacı ilə yaradılır. Hər bir yeni film, roman, çizgi əsərinin, sanki, yeganə məqsədi var: keçmişi dağıtmaq və gələcək haqqında düşünməmək. Buna görə də bəzən keçmiş əsrlərin alternativ ideallarını məhv etməklə, tarixi şəxsiyyətləri aşağılamaqla xoruzlanan Qərbin intellektual elm mövhumatçıları tarixin qan analizinin yanlış aparıldığını sübut etmək üçün keçmişin “heçkimləşdirilməsini”, az qala, yeni elmi ideya kimi ortaya atırlar.

Mədəniyyət ağrının tarixidirsə, tarix də xalqların zərurət qanunlarının tələbi ilə özlərinə ideal yaratması, ona səcdə etməsi, nəhayət, xatirələşdirib qoruması barədə gərgin mübarizəsinin hekayəsidir. Bu gün dünyanın hər yerində tarixin istintaqı gedir və tribunal pafosla keçmişi aşağılayan ağıl dəryaları, əslində, insanın mübarizə ruhu, əqidə azadlığı, müəlliflik hüququ, şəxsiyyət fenomeni, fitri yenilməzlik kimi sabit dəyərlərini inkar edirlər.

Vaxtilə xırda-xuruş Yunan, Misir allahlarına tapınıb etiqad pərakəndəliyi içində azan və daha qədim olan iudaistlər, atəşpərəstlər kimi sabit bir inanca sahiblənmək üçün nazaretli dülgər Yusifin oğlu İsanın cəsədini çarmıxdan əkişdirib özlərinə ali ruhani dəyər, peyğəmbər “düzəldən” xristian Avropası bu dəfə öz xilasını başqaları ilə birlikdə məhvolmada görür. Top barıtına görə yunan odunu lənətləyən müsəlman Şərqi isə fanatikcəsinə tarixi gerçəklikləri qarabasmalar şəklində təsəvvür etməklə dinin aşıladığı qocafəndi nihilizmi, məsələn, azadlığın insanın zərurətlər sistemində köləliyindən başqa bir şey olmadığını, cəmiyyətin təbiət qanunlarından asılılığını, elmi şübhələrin beyinlərdəki oturuşmuş inancları sarsıtdığını zümzümə edən mızıltılarını getdikcə major gurultuya çevirərək müsəlmanların tarixi təsəvvürlərini korlamaqla dirəniş göstərə biləcəklərini düşünürlər.

Mağaralardan axan qaranlıq çaylarda yaşayan balıqlar kimi bizim müsəlman fanatiklərin bu fitri korluğu irsi xarakterlidir. Bu korluq nəsildən-nəsilə deyil, əsrdən-əsrə keçən tarixi korluqdur. Xristianların tarixin “heçkimləşdirilməsi” ideyasına qarşı müsəlmanlar tarixin “ilahiləşdiriməsi” ideyası ilə qarşı çıxırlar. Bu, ən bəsit formada allah mənşəli qantökənliyə təkrik edən moizələrdə bir imamın qolundakı gücün bir ordunun döyüş taktikasından daha effektiv olması haqqında xalqın beyninə yeridilən psixopatik təlimlərdə özünü göstərir. Bu fanatizm öz tərəfdarlarını getdikcə sosial-bioloji növ olmaqdan uzaqlaşdırıb psixopatoloji növlərə çevirir.

Sosioloqlar sübut edir ki, vaxtilə imperativ gücə malik olan farsların, romalıların, türklərin etnik xarakterinin zəifləməsinə səbəb bu xalqların düşüncələrində ideyaların anarxizmini yaradaraq, onların ruhi aləmini depressiyaya uğradan bu cür qondarma şəxslər olmuşdur. Belə adamlarda, nəinki tarixdə, cəmiyyətdə, hətta öz ətraflarında belə baş verən istənilən hadisəyə münasibət neqativ təzahürlü şərti refleks həddində olur və onlar yaxşı bilirlər ki, neqativ enerji tükənməz zorakı güc mənbəyidir. Dinlər tarixi sübut edir ki, bu gün bəşəri adlanan dinlər daha çox məhz bu neqativ enerjinin verdiyi gücün hesabına aparılan qəddar və intensiv cəhdlər nəticəsində dünyaya yayılmışdır.

Bu gün xristian və müsəlman dünyasının əlində tutduqları və bir-birilərinə üzündən oxuduqları vərəqlər köhnə ssenarilərdir. Dəyişən yalnız odur ki, bu dəfəki tamaşada siyasi liderlər rejissorları yox, suflyorları əvəz edirlər, yaddan çıxanları yada salırlar. Postmodernizmin labrintdən çıxış yolu kimi təklif etdiyi “kitabxananı yandırmaq” ideyası da, əslində, bəşəri tragikomediyanın bu köhnə ssenarilərini yandırmaq məqsədi güdürdü, amma ədəbiyyat ya ənənəvi humanizminə söykənib, ya da dini-genetik qorxusunu yenilib onu dedektiv sonluqla ört-basdır elədi.

Previous Post

Qədim teatrın yeni suflyorları – Aqşin Yenisey yazır

Next Post

Rusiyanın Gürcüstana qaz verməsi nağıldır

Bənzər yazılar

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Elchi.az a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59

ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Elchi.az  "Fox 29"a istinadən xəbər...

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46

Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi...

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01

Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal...

Next Post

Rusiyanın Gürcüstana qaz verməsi nağıldır

Rusiyanın Gürcüstana qaz verməsi nağıldır

Son xəbərlər

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 Sentyabr 2026 - 09:41
Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş ucuzlaşıb

04 Sentyabr 2026 - 09:33
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb

Dünya bazarlarında neftinin qiyməti 96 dollara çatıb

04 Sentyabr 2026 - 09:25
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib

Prezident İlham Əliyev Corciya Melonini təbrik edib

04 Sentyabr 2026 - 09:12
Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12
Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59
Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

03 Sentyabr 2026 - 20:49
MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46
İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

03 Sentyabr 2026 - 19:59
“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

03 Sentyabr 2026 - 19:57
AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

03 Sentyabr 2026 - 19:55
Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

03 Sentyabr 2026 - 19:54
Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

03 Sentyabr 2026 - 19:51
Kadiyə 3 oyunluq cəza verilib

Kadiyə 3 oyunluq cəza verilib

03 Sentyabr 2026 - 19:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.