Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsinə edilən hücumda 400 nəfər ölüb və yaralanıb. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə anklavın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Fələstin nazirliyi əlavə edib ki, qurbanların çoxu qadın və uşaqlardır.
Qeyd edək ki, bundan əvvəl Əl-Cəzirə telekanalı bombardmanların Qəzza zolağının şimalında intensivləşdiyini, hücumların əksəriyyətinin Cəbəliyə qaçqın düşərgəsinin yaxınlığındakı ərazidə baş verdiyini bildirib. Düşərgənin yaxınlığında bütöv bir ərazinin hücuma məruz qaldığı və onlarla yaşayış binasının tamamilə dağıldığı qeyd edilir.
Havar Şəfiyeva