Qəzzada ölənlərin sayı 53 939 nəfərə çatıb

🗓 25.05.2025 23:00 ✍️ "Elçi" qəzeti
Qəzzada ölənlərin sayı 53 939 nəfərə çatıb
7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 38 nəfər artaraq 53 min 939 nəfərə çatıb. Elchi.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada son məlumat paylaşılıb. Bildirilib ki, son 24 saat ərzində Qəzzada 38 ölü, 204 yaralı xəstəxanalara çatdırılıb. İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 3785 fələstinlinin həyatını itirdiyi, 10756 nəfərin isə yaralandığı açıqlanıb. 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 53 min 939 nəfərə, yaralı sayının isə 122 min 797 nəfərə yüksəldiyi bildirilib. Yeganə

Bənzər yazılar