Qəzza zolağında suyun verilməsi tamamilə dayandırılıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin HƏMAS radikal hərəkatı məlumat yayıb.
İsrail işğal hakimiyyəti sektorun su təchizatını tamamilə kəsdi, vətəndaşları keyfiyyətsiz su içməyə məcbur etdi. Bundan başqa, qalan su çənləri də işğalçı qüvvələr tərəfindən Amerika raket və təyyarələrindən istifadə etməklə hücuma məruz qalıb”, – deyə hərəkat bildirib.
Qeyd edək ki, bundan əvvəl “İDF” Qəzza zolağının əsas xəstəxanası, İsrail tərəfinin bildirdiyinə görə, HƏMAS-ın qərargahı olan Əl-Şifa xəstəxanasına doğru irəliləyib. İsrail ordusunun sözçüsü Daniel Hagari gecə hava hücumları və əməliyyatlar zamanı bir neçə fələstinli səhra komandirinin öldürüldüyünü bildirib.
Havar Şəfiyeva