Portuqaliyanın baş naziri Antonio Kosta korrupsiya araşdırması fonunda istefa verib. Elchi.az xəbər verir ki, bu barədə “CNN” Portuqaliya məlumat yayıb.
Baş nazirin istefası ilə əlaqədar ölkə prezidenti Marselo Rebelo de Sousa Dövlət Şurasını çağırıb.
Bir gün əvvəl Montaleqredə litium kəşfiyyatı layihələri və hidrogen zavodunun tikintisi ilə bağlı işin bir hissəsi olaraq Kostanın iqamətgahında axtarışlar aparılıb.
Axtarışlar nəticəsində Kosta administrasiyasının rəhbəri Vitor Eskaria da daxil olmaqla azı 5 nəfər saxlanılıb. Qeyd olunur ki, işdə energetika naziri Joao Qalamba da ittiham olunur.
Qeyd edək ki, istintaqla əlaqəli vəzifəli şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadədə, aktiv və passiv korrupsiyada və nüfuzlu ticarətdə şübhəli bilinirlər.
Havar Şəfiyeva