Qəzza zolağında ölənlərin sayı 9061-ə çatıb, 32 mindən çox insan yaralanıb. Elchi.az “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bu barədə Anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qurbanların sayı 9061-ə yüksəlib, onlardan 3760-ı uşaq, 2326-sı qadın, yaralıların sayı isə 32 min nəfərə çatıb”, – deyə idarədən bildirilib. Qeyd olunur ki, dağıntılar altında itkin düşənlər barədə Səhiyyə Nazirliyinə də 2060 məlumat daxil olub.
Havar Şəfiyeva