Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani oktyabrın 7-də Həmas tərəfindən girov götürülən girovların azad edilməsi ilə bağlı danışıqlarda qalan problemlərin çox cüzi olduğunu bildirib.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
Əl-Tani əlavə edib ki, İsrail və Həmas arasında razılığın əldə oluna biləcəyinə inamı artır.
Bu arada “The Washington Post” qəzeti Qətərdəki danışıqlar zamanı ABŞ-ın vasitəçiliyi ilə girovların azad edilməsinə dair razılaşmanın qaçılmaz olduğunu yazır.
Ağ Ev Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson “X”-də yazdığı bir yazıda hələ bir razılaşmanın əldə edilmədiyini, lakin “biz razılaşma əldə etmək üçün səylə işləməyə davam edirik”,-deyib
İsrailin baş naziri Benyamin Netanyahu daha sonra İsrail və HƏMAS arasında razılaşmaya dair xəbərləri təkzib edərək, hazırda heç bir razılaşma olmadığını və məhbusların azad edilməsi ilə bağlı çoxlu yanlış məlumatların olduğunu deyib.
Yeganə