Putinin təklifi havada qalıb Poroşenko: “Rusiya tərəfinin bəzi təklifləri qəbulolunmazdır” Ukrayna prezidenti Pyotr Poroşenko Minsk görüşü barədə açıqlama verib, danışıqlarda yaxşı xəbərin olmadığını söyləyib. ANS PRESS-in məlumatına görə, o deyib: “Rusiya tərəfinin bəzi təkliflərini qəbuledilməz adlandırıram. Təəssüf ki, hələlik yaxşı xəbər yoxdur. Hazırda heç bir yenilik yoxdur. Amma hələ ümid var.” Görüşün nəticəsinə görə, Minskdə Rusiya-Ukrayna münaqişəsinin həllinə dair yekun sənədin Rusiya, Fransa, Ukrayna və Almaniya liderləri tərəfindən imzalaması gözlənilir. Diplomatik mənbədən bildirilib ki, “Norman dördlüyü”nün görüşündə böyük irəliləyişə nail olunub. On üç bənddən ibarət yekun sənədin 80% uyğunlaşdırılıb. Görüş iştirakçıları tərəfindən imzalandıqdan sonra sənəd əlaqə qrupuna göndəriləcək.
Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib
Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...



















Son şərhlər