"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Putinin Qarabağ planı reallaşsa, Vaşinqtonun Cənubi Qafqaz strategiyası iflas olacaq” – Metyu Brayza

20 Avqust 2016 - 13:51
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

“Putinin Qarabağ planı reallaşsa, Vaşinqtonun Cənubi Qafqaz strategiyası iflas olacaq” – Metyu Brayza
“Dağlıq Qarabağ konflikti də daxil, SSRİ məkanında qızışdırılan etnik münaqişələr Sovet İttifaqının zəifləməsi və ardınca dağılmasını istəyən qüvvələrin qələbəsi idi”. 
Musavat.com-un məlumatına görə, bu sitat ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayzanın ABŞ-ın “Atlantik Council” beynəlxalq əlaqələr sahəsində qeyri-hökumət analitik mərkəzinin saytında yerləşdirilmiş məqaləsindəndir.
Məqaləni ilk növbədə Vaşinqtonun Dağlıq Qarabağ məsələsinə daha çox diqqət və güc ayırmasına çağırış kimi qiymətləndirmək lazım gəlir. Diplomata görə, yalnız bu halda Kremlin Qarabağa məsələsində dominantlığını əngəlləmək mümkündür. Onun fikrincə, əgər prezident Vladimir Putinin planı həyata keçsə, Vaşinqtonun Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq strategiyası iflas təhlükəsi altına düşəcək.
“ABŞ üçün bu təkliflər (Putinin təşəbbüsündən söhbət gedir-red.) gerçəkdən də gözlənilməzdir və onlara qarşı hansısa kontur-tədbirlər qoyulmalıdır” – Brayza bildirib.
Müəllif daha sonra yazır: “Putinin bu yaxınlardakı təkliflərinin əsasında 2007-ci ildə Minsk Qrupunun təklif elədiyi və “Madrid prinsipləri” kimi tanınan təkliflər dayanır. Bu sənəd siyasi nizamlama üçün aşağıdakı paket elementləri nəzərdə tutur:
– Ermənistan Dağlıq Qarabağ ətrafında işğal elədiyi bütün 7 rayonu qaytarır;
–  Dağlıq Qarabağ “aralıq hüquqi status” qazanır;
– Yekun hüquqi status Dağlıq Qarabağ əhalisinin səsverməsi yolu ilə müəyyən olunur, səsvermənin tarixi sonra müəyyən ediləcək;
– Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat dəhlizi yaradılır;
– Beynəlxalq sülhməramlı qüvvələr Dağlıq Qarabağ əhalisinin və təmas xətti boyu kəndlərin təhlükəsizliyini təmin edir;
– Azərbaycan Ermənistanla nəqliyyat əlaqələrinə tətbiq elədiyi bürün məhdudiyyətləri götürür.
Bu prinsiplər bir neçə il aparılan danışıqlar nəticəsində Azərbaycan və Ermənistanın prezidentləri və xarici işlər nazirləri tərəfindən qəbul edilib – hərçənd, bu sistem heç vaxt rəsmən razılaşdırıəlmayıb. 2009-cu ilin yanvarında Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sərkisyan optimistcəsinə bəyan elədilər ki, yekun etibarilə bu prinsiplər qəbul ediləcək. Ancaq həmin ilin sonunda Serj Sətkisyan öz mövqeyini dəyişdi və Azərbaycana yeddi yox, beş rayonun qaytarılmasının mümkün olduğunu bildirdi. Yeddi rayon əvəzinə beş rayonun qaytarılması məsələsi indiyə qədər də danışıqlarda irəliləyiş yolunda əsas maneə olaraq qalır”.
Brayza ardınca yazır: “İyunun 20-də Putin Sankt-Peterburqda öz azərbaycanlı və erməni həmkarları ilə görüşdə bu dalandan çıxmağın yolunu tapdı. Görünür o, irəliyə doğru tədricən hərəkət eləməyi təklif edib – Ermənistan iki rayonu qaytarmalı, Azərbaycan isə qarşılığında nəqliyyat əlaqələrini və Ermənistanla iqtisadi əlaqələri açmalıdır. Madrid prinsiplərinin bürün digər aspektləri, o sırada yerdə qalan beş rayon məsələsi sonrakı danışıqların predmeti olacaq. Həm Əliyev, həm də Sərksiyan Putinin 20 iyun təklifini alqışlayıb – baxmayaraq ki, formal şəkildə onu qəbul də etməyiblər. Məsələ ondadır ki, hansısa kompromis qərarın rəsmən qəbul olunması siyasi və təhlükəsizlik sferasında risklər vəd edir: ehtimal ki, bu səbəbdən iyulun 17-də bir qrup erməni radikal milliyyətçisi, o cümlədən Qarabağ müharibəsinin veteranları bir polis əməkdaşını öldürüb, bir neçəsini də girov götürməklə İrəvanda polis binasını tutmuşdular”.
Diplomata görə, Azərbaycanda da Qarabağ məsələsində sərt xətt müşahidə edilir. “Məsələn, vaxtilə mən Ermənistanla kompromisli anlaşmanın təbliğinə  görə bir neçə azərbaycanlı deputatın tənqidinə məruz qalmışdım” – Brayza deyib.
“Dağlıq Qarabağ hər iki xalqa məxsusdur. Hər iki xalq regionu öz mədəniyyətinin beşiyi sayır. Hər iki xalq öz tarixinin böyük hissəsində dinc yanaşı yaşayıb. Ermənistandakı və Azərbaycandakı ictimai fikrə zaman lazımdır ki, bunu – Dağlıq Qarabağ anlayışının hər iki xalqın ortaq irsi olduğunu qəbul eləsin… Vaşinqtona isə səslənən təkliflərə diqqət kəsilməsi lazım. Putinin təklifləri halında ABŞ imkandan yararlanmalı və Minsk Qrupunun fəaliyyətini ən yüksək siyasi səviyyədə canlandırmalıdır” – məqalənin sonunda Brayza vurğulayır.
Previous Post

“Putinin Qarabağ planı reallaşsa, Vaşinqtonun Cənubi Qafqaz strategiyası iflas olacaq” – Metyu Brayza

Next Post

` FETÖ-çuların hamısı üzə çıxarılacaq` – PA rəsmisi

Bənzər yazılar

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu və kapitanı, beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldu Portuqaliya millisinin düşərgəsini qəfildən tərk etdiyinə görə...

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38

Pentaqon Ukrayna üçün "Patriot" zenit-raket komplesinə texniki xidmət göstərilməsi və avadanlıqların tədarükü ilə bağlı "Raytheon" müdafiə korporasiyası ilə müqavilə bağlamaq...

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. Elchi.az "Haber Global"a...

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29

Fransa Prezidenti Emmanuel Makron məktəb şagirdləri və işçilərinin davam edən kütləvi etirazları ilə əlaqədar oktyabrın 6-sı axşam Yelisey sarayında nazirlərin...

Next Post

` FETÖ-çuların hamısı üzə çıxarılacaq` - PA rəsmisi

` FETÖ-çuların hamısı üzə çıxarılacaq` - PA rəsmisi

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.