Rusiya-Ukrayna münaqişəsi qlobal iqtisadiyyatı böhran həddinə çatdırıb. İqtisadçılar və rəsmilər xəbərdarlıq edirlər ki, böhrandan qaçmaq mümkün deyil, yeganə sual onun nə qədər dərin və nə vaxta kimi davam edəcəyidir.
Elchi.az xəbər verir ki, bu barədə BBC-də məlumat yazılıb.
“İkinci Dünya müharibəsindən bəri dünya koronavirus pandemiyası da daxil olmaqla çoxlu tənəzzül yaşadı. Əsas səbəb Rusiyanın Ukraynanı işğal etməsidir. Başqaları da var, lakin Vladimir Putinin Avropada açdığı müharibədən əvvəl onlar tənəzzül qorxusu yaratmırdı. İndi bunu qaçılmaz bir hal kimi danışırlar.
ABŞ, Avropa və Çin kimi dünya iqtisadiyyatının mühərrikləri qlobal problemlər, ilk növbədə COVİD və Rusiya hücumunun nəticələri səbəbindən zəifləyir. Bu üçlük dünya istehsalının və istehlakının üçdə ikisini təşkil etdiyinə görə, dünyanın bütün digər ölkələrinin sakinlərinin rifahı birbaşa onlardan asılıdır”, – məlumatda qeyd olunub.
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Rusiya hücumu nəticəsində Ukraynanın Sumı vilayətinin Şostka rayonunun Yampol kəndində 2 nəfər ölüb. Elchi.az xəbər verir ki, bu barədə Sumı...





















Son şərhlər