Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı bir saatlıq təxirə salınıb.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskov deyib ki, Forumun akkreditasiya sistemlərinə güclü DDoS hücumları edildiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Putinin çıxışına qədər Forumun plenar iclasına girişlə bağlı problemlər aradan qaldırılacaq və iclasda iştirak etməli olan hər kəs iştirak edə biləcək.
Kreml sözçüsü Forumun plenar iclasındakı çıxışının yerli vaxtla saat 15:00-a dəyişdirildiyini qeyd edib.