Putinə etimad səviyyəsi neçə faizdir? - VTsİOM

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) mayın 19-dan 25-dək apardığı araşdırmaya görə, Rusiya vətəndaşlarının prezident Vladimir Putinə inamı ötən həftə ilə müqayisədə dəyişməyərək 80,2% təşkil edib.
Elchi.az xəbər veri ki, dövlət başçısının fəaliyyətinə dəstək 0,3 faiz bəndi azalaraq 77,4 faiz təşkil edib.
"Sorğu iştirakçılarının 80,2%-i Putinə inamla bağlı suala müsbət cavab verib (dəyişməmiş), prezidentin fəaliyyətinin bəyənilmə səviyyəsi 0,3 faiz bəndi azalaraq 77,4 faiz təşkil edir", - VTsİOM nəşri yazır.
Sorğu hökumətin fəaliyyətinin populyarlığının 0,4 faiz bəndi (52,6 faizə qədər), baş nazir Mixail Mişustini dəstəkləyənlərin sayının isə 1,2 faiz bəndi (52,5 faizə qədər) azaldığını göstərib. Baş nazirin özünə inam 1,1 faiz bəndi azalaraq 61,6%-ə çatıb.
Yeganə