Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko bu il Avrasiya İttifaqının regionlar forumunda növbəti dəfə görüşəcəklər.
Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
“Mən əminəm ki, Rusiya və Belarus prezidentlərinin iştirakı ilə qarşıdan gələn regionlar forumu regionlararası əməkdaşlığa daha da dərindən təkan verəcək”, – Mişustin Minskdə belaruslu həmkarı Roman Qolovçenko ilə görüşü zamanı deyib.
İki baş nazirin görüşü bazar ertəsi Minskdə başlayacaq və çərşənbə axşamı davam edəcək Avrasiya Hökumətlərarası Şurasının iclası ərəfəsində keçirilir.