Putin xüsusi əməliyyatın müsbət dinamikasını açıqlayıb

37

Elchi.az “İnterfaks”-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyatın dinamikasını müsbət adlandırıb.

“Dinamikalar müsbətdir. Hər şey Müdafiə Nazirliyi və Baş Qərargahın planı çərçivəsində inkişaf edir”,-deyə o, “Rossiya-1” telekanalına müsahibəsində bildirib

Putin əlavə edib:

“Ümid edirəm ki, döyüşçülərimiz öz döyüş işlərinin nəticələri ilə bizi dəfələrlə sevindirəcəklər”.

Yeganə