Putin xarici valyutalardan istifadənin yaratdığı risklərin azaldılmasını Aİİ üçün problem hesab edib

43

“Rusiya prezidenti Vladimir Putin qarşılıqlı ticarət üçün xarici valyuta və ödəniş sistemlərindən istifadənin yaratdığı təhlükələrin azaldılmasını Aİİ üçün aktual problem adlandırıb”.

Elchi.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan prezidentin müraciətində qeyd olunub:

“Xarici valyuta və ödəniş sistemindən qarşılıqlı ticarət üçün istifadə nəticəsində yaranan iqtisadi risklərin ardıcıl şəkildə azaldılması aktual problem hesab olunur. Tərəfdaşların Rusiya Bankının Maliyyə Hesabatları Sisteminə qoşulması və milli ödəniş sistemlərinin sistemlərarası qarşılıqlı fəaliyyətinin inkişafı Birlik daxilində sabit hesablaşma münasibətlərinin ayrılmaz şərtidir”.

Dövlət başçısının fikrincə, maliyyə bazarlarının uyğunlaşdırılması üzv dövlətlərin kapitalının ittifaqın tərkibində qalması və milli iqtisadiyyatlara sərmayə qoyulması üçün əlverişli şərait yaratmalıdır. Bundan əlavə, prezident qeyd edib ki, makroregion ərazisində artan iqtisadi fəallığa xidmət etmək üçün qiymətləndirmə aləti olan Avrasiya reytinq agentliyinin yaradılması imkanlarının öyrənilməsi məqsədəuyğun hesab edilir.

Yeganə