Ötən gün Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Elchi.az-ın məlumatına görə, Belarus prezidentinin mətbuat xidməti xəbər verir ki, tərəflər müzakirə etdikləri aktual məsələlərə dair qeydləri müqayisə ediblər.
Lukaşenko və Putin həm özəl, həm də ictimai müzakirə olunacaq ən aktual mövzularla yanaşı, Belarus-Rusiya münasibətlərinin bəzi məsələlərinə də toxunublar.
Məlumata görə, liderlər daha sonra Ali Dövlət Şurasının gələn həftə Moskvada keçiriləcək iclasında baxılması planlaşdırılan məsələləri də müzakirə ediblər.
Yeganə





















