Putin və İran prezidenti birgə infrastruktur layihələrini müzakirə ediblər

46

Dövlət başçıları arasında telefon danışığı olub.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və İran lideri İbrahim Rəisi telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib, həmçinin birgə infrastruktur layihələrini müzakirə ediblər. Bu barədə bazar ertəsi, martın 6-da Kremlin mətbuat xidməti məlumat yayıb.
“Hər iki tərəf Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib. Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən birgə infrastruktur layihələrinin həyata keçirilməsi müzakirə olunub”, – deyə mətbuat xidmətindən bildirilib.
Bildirilir ki, tərəflər gələcək təmasları davam etdirmək barədə razılığa gəliblər.

Şayəstə