Rusiya prezidenti Vladimir Putin sentyabrın 4-də Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Bu, iki lider arasında taxıl müqaviləsi başa çatdıqdan sonra ilk görüşdür. Onlar sonuncu dəfə 2022-ci il oktyabrın 13-də Astanada şəxsən görüşüblər. Eyni zamanda, Rusiya Federasiyası və Türkiyə prezidentləri daimi təmasdadırlar. Putinlə Ərdoğan arasında sonuncu telefon danışığı avqustun 2-də baş tutub. Türkiyə lideri sonuncu dəfə Rusiyaya bir ildən çox əvvəl səfər edib. Görüş 2022-ci il avqustun 5-də Soçidə keçirilib.
Nuranə Məmmədova