Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin oktyabrında Macarıstanın baş naziri Viktor Orbanla söhbətində ABŞ prezidenti Donald Trampı müzakirə edib və onu tankla müqayisə edib.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” söhbətin stenoqramına istinadən yazıb.
Qeyd olunur ki, söhbətdən bir gün əvvəl hər iki siyasətçi Budapeştdə mümkün sammiti müzakirə ediblər və nəticədə heç vaxt baş tutmayıb.
Agentliyin məlumatına görə, Macarıstanın baş naziri Amerika prezidentinin işgüzar yanaşmasına heyran olduğunu bildirib və bunu “tornado” ilə müqayisə edib.
“O, tank kimi irəliləyir. Bu, öz bəhrəsini verir və buna ancaq sevinmək olar”, – Rusiya liderinin sözlərindən sitat gətirir. Məlumata görə, Putin həmçinin Trampın Yaxın Şərq də daxil olmaqla, eyni vaxtda bir neçə böhranı idarə etmək bacarığını yüksək qiymətləndirib.
Yeganə





















