Rusiya prezidenti Vladimir Putin Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi , Belarus Rusiyanın ən yaxın müttəfiqidir və iki dövlətin başçıları müntəzəm olaraq ünsiyyət qururlar: belə söhbətlərdə “saatların sinxronlaşdırılması, koordinasiya, fikir mübadiləsi” baş verir.
Bu, iki lider arasında bu il yeddinci görüş olacaq. Əvvəlki altılıq da Rusiyada baş tutub. Bundan başqa, dövlət başçıları mütəmadi olaraq bir-birinə zəng edir, sonuncu telefon danışığı avqustun 30-da baş tutub – o zaman Putin şəxsən Lukaşenkonu ad günü münasibətilə təbrik edib.
Nuranə Məmmədova