Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın Pxenyana səfər dəvətini qəbul edib.
Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim bu dəvəti Putinlə 4 ildən artıq müddətdə ilk dəfə görüşdüyü Rusiyanın Amur bölgəsindəki Vostoçnıy Kosmodromunda keçirilən sammitdən sonra edib.
Rusiyaya səfərinin ikitərəfli əməkdaşlığı və münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün “vacib” fürsət olduğunu deyən Kim Putini “uyğun zamanda” Şimali Koreyaya dəvət edib.
Açıqlamada Putinin bu dəvəti qəbul etdiyi bildirilib.
Şayəstə Hüseynova