Rusiya prezidenti Vladimir Putin bildirib ki, Çin prezidenti Si Cinpinlə görüşə hazırlaşır.
Elchi.az xəbər verir ki, Putin bunu videobağlantı vasitəsilə baş tutan “Bolşoy” dairəvi metro xəttinin təntənəli açılışı zamanı səsləndirilib.
Dünyanın ən möhtəşəm yeraltı layihələrindən birinin açılışı münasibətilə metro inşaatçılarını təbrik edən prezident bildirib ki, 70 kilometrlik BKL-ni Moskvaya səfərə toplaşan Çin nümayəndə heyətinə göstərməyə çalışacaq.
“BKL dünyanın ən böyük yeraltı metro halqasına çevrilərək Çindəki dostlarımızı – hazırkı lider, Pekin metrosunun dairəvi xəttini geridə qoyub. Çin Xalq Respublikasının Prezidenti ilə görüşəcəyik. Proqram imkan verərsə, BKL-ni qonaqlarımıza göstərməkdən məmnun olarıq”.
Qeyd edək ki, yaxın aylarda Si Cinpin Moskvaya səfər edərək Vladimir Putinlə görüşmək niyyətindədir.
Yeganə