“Əgər söhbət Rusiya dövlətinin mövcudluğundan, ölkənin suverenliyinə və müstəqilliyinə zərər vurulmasından gedirsə, Rusiya nüvə silahından istifadə edə bilər”.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” və “RİA Novosti”nin jurnalisti Dmitri Kiselevə müsahibəsində deyib.
“Silahlar istifadə üçün mövcuddur. Bizim öz prinsiplərimiz var. Əgər söhbət Rusiya dövlətinin varlığına, suverenliyimizə, müstəqilliyimizə xələl gətirməkdən gedirsə, istənilən silahdan, o cümlədən nüvə silahından istifadə etməyə hazırıq. Bizim strategiyamızda hər şey yazılıb, biz onu dəyişməmişik”, – deyə Putin Ukrayna münaqişəsi ilə bağlı nüvə silahından istifadə etməyə hazır olması ilə bağlı sualı cavablandırarkən qeyd edib.
Yeganə