Putin qlobal böhranlarda Qərbi günahlandırır

90

Rusiya prezidenti Vladimir Putin Yüksək Təhlükəsizlik Nümayəndələrinin 11-ci Beynəlxalq Görüşünün iştirakçılarına salam göndərib. Putin qeyd edib ki, dünyada qeyri-sabitlik artır, yeni gərginlik ocaqları yaranır.

Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, Putin ABŞ və onun müttəfiqlərinin dünya nizamına öz iradələrini yeritmək və böhranlardan qazanc əldə etmək istəyi olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ-ın bu istəyi  digər ölkələri çevrilişlərə sürükləyir və onların əhalisini dramatik nəticələrlə üzləşdirir.

Putin əmindir ki, Qərb ölkələrinin digər ölkələrin maraqlarını və suverenliyini nəzərə almaqdan imtina etməsi qlobal enerji və ərzaq böhranlarına səbəb olub.

Rusiya lideri həmçinin qeyd edib:

“Rusiya Asiya, Afrika və Latın Amerikasındakı tərəfdaşları və müttəfiqləri ilə dostluq əlaqələrini gücləndirəcək. Biz birlikdə daha ədalətli dünya nizamına nail olacağıq.

Eksklüzivlik ideologiyası, eləcə də bütün dünyanın resurslarını istismar etməyə imkan verən neokolonial sistem qaçılmaz olaraq keçmişə çevriləcək”, – deyə Putin sözlərini yekunlaşdırıb.

Yeganə