Rusiya prezidenti Vladimir Putin bu il Qırmızı Meydanda çoxdankı Yeni il ənənəsinə uyğun keçiriləcək Xokkey Gecə Liqası matçında buz üzərinə çıxmayacaq.
Xatırladaq ki, Putin və Belarus prezidenti Aleksandr Lukaşenko ötən ilin dekabrında Sankt-Peterburqda yoldaşlıq görüşündə xokkey veteranları ilə bərabər buz üzərində oynayıblar. 2020-ci ildə də Putin Qırmızı Meydanda xokkey oynamışdı.
Elchi.az-ın “Vesti.ru”-ya istinadən xəbərinə görə, dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, bu qış Rusiya prezidentinin ənənəvi Yeni il ərəfəsi xokkey şousunda iştirak etmək planları yoxdur.
Qeyd edək ki, Xokkey Gecə Liqası 2011-ci ildə Putin, keçmiş Sovet və Rusiyadan olan bir sıra məşhur oyunçuların iştirakı ilə təşkil olunub. Liqanın ən mühüm vəzifələrindən biri ölkədə həvəskarlar arasında yarışların təşkili və kütləvi xokkeyin inkişafıdır.
Yeganə