Rusiya prezidenti Vladimir Putin bildirib ki, Novosibirsk vilayəti bir çox göstəricilərə görə Rusiyanın regionları arasında liderdir.
Elchi.az xəbər verir ki, “Novosibirsk vilayəti bir çox göstəricilərə görə liderdir, bütün parametrlər… layiqli, qənaətbəxşdir”, – Putin regionun qubernatoru Andrey Travnikovla görüşü zamanı deyib.
Bundan əvvəl Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında çıxış edib. O, çıxışında ölkənin ümumi daxili məhsulu mövzusuna toxunub, güzəştli ipoteka kreditlərindən danışıb, yoxsulluğun azaldığını qeyd edib, növbəti il üçün dövlət qarşısında duran ən mühüm vəzifələri qeyd edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin yanvarında dövlət işçilərinin maaşlarının indeksləşdirilməsi barədə göstəriş verib. Dövlət başçısı bildirib ki, büdcə təhlükəsizliyi aşağı olan regionlar əlavə federal dəstək alacaq.
Şayəstə