"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Putin masallılı və bakılı oliqarxın “qələmini niyə qırıb”?

27 Sentyabr 2017 - 09:11
in aktual-banner, Banner, Cebhe-banner, DÜNYA, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

İddialar var ki, Rusiyada Mübariz Mənsimova ən yaxın iş adamı və “krışası” indi məhkəməyə verdiyi Vahid Ələkbərov olub; bəs nə dəyişib ki, indi təkcə “Palmali” rəhbəri deyil, “LUKoyl” prezidenti də hədəfə gəlib…

Azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun biznesi ciddi böhran yaşayır. Virtualaz.org xəbər verir ki, milyarder vaxtilə ona sürətlə varlanmağa imkan yaradan “yağlı tikədən”-Rusiya neftinin daşınmasından məhrum edilib. Və ehtimal edilir ki, bu, şəxsən prezident Vladimir Putinin göstərişi ilə baş verib.

Xatırladaq ki, bugünlərdə Mənsimovun Türkiyədə fəaliyyətdə olan “Palmali Denizçilik” şirkətinin Rusiyanın “LUKoyl” şirkətinin neft treydinqi ilə məşğul olan törəmə şirkəti “Litasco”nun əleyhinə London məhkəməsində təzminat iddiası qaldırdığı məlum olub. İddiaya əsasən, Mənsimov Vahid Ələkbərovun şirkətindən 2 milyard dollar təzminat tələb edir. Səbəb isə budur ki, bir neçə il əvvəl “Palmali” şirkəti “Litasco” ilə neftin daşınmasına dair uzunmüddətli müqavilə bağlayıb.

Image result for Mübariz Mənsimov

Müqavilənin ona para gətirəcəyindən əmin olan Mənsimov özünün tanker donanmasını genişləndirib, 360 milyon dollara bir neçə “Armada” tipli tanker inşa etdirib. Lakin indi “LUKoyl” neft daşımaları ilə məşğul olmaq üçün öz şirkətini qurur, “Litasco”nu isə satışa çıxarıb. Bununla da “Palmali” şirkət “LUKoyl” un hasil etdiyi nefti daşımaqdan məhrum olub. Nəticədə Mənsimov “Litasco”nu “Palmali” ilə bağlanmış müqavilənin şərtlərini pozmaqda günahlandıraraq məhkəməyə müraciət edib.
“Palmali” Rusiyanın “LUKoyl” və “Rosneft” neft şirkətləri ilə uzun illərdir ki, əməkdaşlıq edirdi. Rusiyanın “LUKoyl” şirkəti ilə müqavilə 1998-ci ildə imzalanıb. Məlumatlara görə, Mənsimovun iş həyatındakı uğurlarında “LUKoyl” şirkəti ilə imzalanan müqavilənin rolu böyük olub. Belə ki, “LUKoyl”la 1998-ci ildə müqavilə imzalanarkən Mənsimovun Vahid Ələkbərovla həmyerli olmasından savayı, digər bazar iştirakçılarından heç bir üstünlüyü olmayıb. İlkin dövrdə “Palmali” “LUKoyl”un neftini Həştərxandan Xəzər vasitəsilə İrana çatdırırdı.

Bu neft daxili ehtiyaclar üçün istifadə edilirdi. İran körfəzinin cənub limanlarından alınan yerli yanacaq isə “LUKoyl”un qərbli alıcılarına göndərilirdi. İlkin dövrlərdə “Palmali”yə məxsus gəmilər ayda 300 min ton neft daşıyırdı. Amma tezliklə Mənsimov dəniz daşımalarını genişləndirdi. 2003-cü ildə “Palmali” donanması artıq 45 gəmidən ibarət idi. 2006-cı ilin aprelində “Palmali” “LUKoyl”dan 270 mln. dollara buzqıran tipli 10 tanker aldı. Bir neçə il əvvəl “LUKoyl” şirkəti Xəzərin şimalında dəniz karbohidrogen yatağının obyektlərinin işlənilməsi üçün yük keçid kranına malik nəqliyyat-quraşdırma barjının layihəsinin hazırlanması və inşası üzrə tender elan etmişdi. Tenderi “Palmali” şirkəti qazandı və bu o zaman Rusiyanın biznes elitasında “yerliçilik” kimi ciddi əks-reaksiya doğurdu. Doğrudur, Mənsimov müsahibələrinin birində deyib ki, V.Ələkbərovla yalnız “LUKoyl”la işləməyə başlayandan üç il sonra tanış olub: “Yerli kimi onunla fəxr edirəm, amma heç vaxt ondan heç nə xahiş etməmişəm”. Bununla belə, iddialar var ki, Rusiyada Mənsimova ən yaxın iş adamı və “krışası” bir vaxtlar məhz Vahid Ələkbərov olub.

Image result for Vahid Ələkbərov

Qeyd edək ki, V.Ələkbərovun Kremldə mövqelərinin zəiflədiyi barədə xəbərlər intensivləşib. İddialar var ki, Putinin yaxın ətrafı V.Ələkbərovun işdən uzaqlaşdırılmasını istəyir. Vahid Ələkbərovla Mənsiomovun məhkəmə çəkişməsinə isə səbəb “LUKoyl”dan çox Rusiya hakimiyyətidir.

Azərbaycanlı oliqarxın Putinlə münasibətlərinin niyə korlandığı haqda heç nə deyilmir. Mənsimovun Kremlin hədəfinə niyə gəldiyi barədə müxtəlif versiyalar irəli sürmək olar. Məsələn, “AST” Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun Rusiyadan didərgin salınmasının səbəbini hansısa əyləncə mərkəzində Putin haqqında xoşagəlməz sözlər söyləməsi ilə izah edirlər. Putin bu kimi “oşibka”ları bağışlamır. Üstəlik, Rusiyada hakimiyyət – oliqarxiya münasibətlərinin daha bir özünəməxsusluğu var. Hakimiyyət oliqarxların qazandığı pullardan Rusiya dövlətinə və əhaliyə də nəsə xərclədir, bəzi iri sosial proyektləri hətta onların büdcəsinə “yükləyir”. Putinin adamları Telman İsmayılova da “cəza kimi” bu tipli bir neçə proyekt təklif etsələr də, oliqarx razılaşmamışdı və bu səbəbdən indi həbsi belə gündəmə gəlib.

Hazırda Mənsimovun da böyük miqdarda kredit borcları olduğu iddia olunur. Bildirilir ki, o, turizm sektorundakı aktivlərini sataraq fəaliyyətini ancaq neft daşımaları ilə məhdudlaşdırmağa hazırlaşır. Az inandırıcı olsa da, bəzi mənbələr Mənsimovun SOCAR neftinin daşınmasından da kənarlaşdırılacağını iddia edir.

Previous Post

Putin masallılı və bakılı oliqarxın “qələmini niyə qırıb”?

Next Post

Respublika Klinik Xəstəxanasında xəstə özünü pəncərədən yerə atdı

Bənzər yazılar

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21

NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. Elchi.az xəbər verir ki,...

Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

10 Oktyabr 2026 - 10:30

Cənubi Koreyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Pak Ki Çhan Kiyevi tərk edərək ölkəsinə qayıdıb. Elchi.az "Yonhap" agentliyinə istinadla xəbər...

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Next Post

Respublika Klinik Xəstəxanasında xəstə özünü pəncərədən yerə atdı

Respublika Klinik Xəstəxanasında xəstə özünü pəncərədən yerə atdı

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.