Rusiya Prezidenti Vladimir Putin KTMT ölkələri liderlərinin növbədənkənar iclasında iştirak etməyi planlaşdırır.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
Qeyd olunub ki, oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans rejimində növbədənkənar sessiyası keçiriləcək: “Sentyabrın 15-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin pisləşməsi ilə əlaqədar KTMT-nin Ermənistana göndərilmiş missiyasının nəticələrinin müzakirəsi planlaşdırılır”.
KTMT-nin “Telegram” kanalı xəbər verir ki, Ermənistana yardım göstərmək üçün birgə tədbirlərə baxılması da nəzərdə tutulur.
Yeganə