Kreml Çeçenistan prezidenti Ramzan Kadırovun hakimiyyətdən getmək istəyi ilə bağlı fikrinə münasibət bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kadırovun postuna kiminsə təyin olunması hələlik müzakirə olunmur.
`Bu məsələ üçün Rusiya prezidentinə müraciət olunmalıdır və yalnız onun qərarından sonra Çeçenistanın rəhbərliyi müəyyən oluna bilər`.
Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadirov müsahibə verərək, hakimiyyətdən getmək istədiyini bildirib.