Ukrayna və Polşa arasında fermerlərin etirazları nəticəsində yaranan ticarət münaqişəsində yeganə qalib Rusiya prezidenti Vladimir Putin olub. Elchi.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, “iki müttəfiq arasındakı ticarət müharibəsinin yeganə qalibi Putin olub, çünki o, Rusiyanın gücünü dünyanın aparıcı taxıl ixracatçısı kimi təqdim edir”.
Müəlliflər həmçinin qeyd edirlər ki, Rusiyanın kənd təsərrüfatı məhsulları Qərb sanksiyalarına məruz qalmır və Kiyevlə Varşava arasında taxılla bağlı münaqişə Rusiyadan Avropa İttifaqı (Aİ) ölkələrinə tədarükün artması fonunda baş verir. Bununla belə, iki ölkə arasında mövcud mübahisənin Moskvanın hərəkətləri ilə deyil, Polşanın baş naziri Donald Tuskun ardıcıl olmayan siyasətindən qaynaqlandığı vurğulanır.
Havar Şəfiyeva