"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Putin erməni müdafiə nazirini Moskvaya çağırdı – motiv…

23 Noyabr 2016 - 11:00
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Putin erməni müdafiə nazirini Moskvaya çağırdı – motiv...“Ermənistana “İsgəndər”lər ona görə verilib ki…” – Qərb nəşrindən sensasion iddia

Rusiya Güney Qafqazdakı yeganə forpostu Ermənistanı dirçəltməkdə davam edir. Xüsusən də aprel döyüşlərində üzləşdiyi acınacaqlı məğlubiyyətdən sonra Kremlin öz müttəfiqinə yeni və müasir silahlar, o sırada “İsgəndər” operativ-taktiki raket sistemləri və “Smerç”lər verməsi diqqət çəkməyə bilməz. 
Az öncə isə Rusiya prezidenti Vladimir Putinin işğalçı ölkə ilə ortaq hərbi qruplaşma (ordu) yaratmaq barədə sərəncam imzalayıb. Rəsmi məlumatlara görə, bir neçə gündən sonra Ermənistanın müdafiə naziri Viqen Sərkisyan məhz ortaq ordu ilə bağlı sənədi imzalamaq üçün Moskvaya gedəcək. Böyük ehtimalla, onun həmkarı Sergey Şoyqu ilə, Putinin iştirakı ilə nümayişkaranə şəkildə imzalanma mərasimi olacaq.  
Beləcə, faktiki iki işğalçı dövlət – Rusiya və Ermənistan arasında hərbi-əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə adlamaq üzrədir – hansı ki, haqlı olaraq ən əvvəl Azərbaycanda narahatlıq doğurmaya bilməz. Çünki əksər yerli və xarici analitiklərə görə, proseslərin bu məcrada inkişafı bölgə və Qarabağ məsələsi üçün yaxşı heç nə vəd eləmir. O səbəbə ki, arxasında Rusiyanın güclü siyasi-hərbi dəstəyini hiss edən İrəvan Qarabağ məsələsində daha güzəştsiz mövqeyə, bütövlükdə regionda isə radikal davranışa köklənəcək – hansı ki, artıq müşahidə olunur. 
 
Image result for Putin Sarkisyan
Halbuki aprel döyüşlərindən sonra öz qarşısında sanballı hərbi güc görmüş Ermənistanın, nəhayət, konstruktiv mövqe tutacağı ehtimalı xeyli artmışdı. Yetərdi ki, Moskva ona azacıq təzyiq eləsin. Ancaq bu qəbildən heç bir təzyiq-təhdid olmadı. Belə qənaət hasil olur ki, Moskva İrəvanın konstruktivliyində son anda maraqlı olmayıb. Tək səbəb də bu ola bilər ki, Kremlin Azərbaycandan istədiyi güzəştlərə rəsmi Bakı razı olmayıb.
*****
Bu arada ABŞ-dakı nüfuzlu “The National İnterst” nəşri Ermənistana “İsgəndər M” raket komplekslərinin verilməsi ilə bağlı sensasion sayılacaq iddia ilə çıxış edib. Nəşr yazıb ki, işğalçı ölkə ərazisində peyda olan “İsgəndər M”lər nüvə silahıdır və bu fakt belə bir ehtimala əsas yaradır ki, Ermənistan bundan istifadə edib atom silahı əldə eləmək imkanlarını artıra bilər.
 
Image result for İsgəndər Ermənistan
Məqalə müəllifi – Corctaun Universitetinin konfliktlərin həlli sahəsi üzrə magistrı Sebastyan Roblin bu xüsusda yazır: “Nüvə başlıları da daşıya biləcək ”İsgəndər” raket komplekslərinin Ermənistana tədarükü faktı, ilk baxışda nə qədər absurd görünsə də, belə düşünməyə əsas verir ki, üç milyonluq əhalisi olan ölkənin nüvə silahı yaratmaq imkanları arta bilər. Bu isə narahatlıq üçün ciddi əsaslar yaradır. Həm də o səbəbə ki, Ermənistanda artıq Metsamor AES-i fəaliyyət göstərir. Bu AES-in personalı müvafiq sahə üzrə hazırlıq keçib. Bundan əlavə, son illər ölkədən qaçaqmalçılıq yolu ilə uran çıxarmağa çalışan böyük sayda erməninin həbsi də narahatlıq yaradır”.
 
Nəşr daha sonra Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın aprel döyüşlərinsən az sonra – aprelin 29-da verdiyi açıqlamasını yada salaraq yazır: “Həmin açıqlamadan belə qənaət hasil olur ki, Ermənistan ya artıq nüvə silahına, ya da onun yaradılması imkanlarına malikdir. Ola bilsin, bunlar elə hədə olaraq qalsın. Lakin atom bombası hazırlamaq üçün real səyləri də nəzərdə tuta bilər – baxmayaraq ki, Ermənistan nüvə silahının yayılması haqda müqavilənin iştirakçısıdır. Ən uzağı, Ermənistanın radioaktiv ”çirkli bomba” yaratması mümkün görünür – xüsusən də əgər o, bu cür bombanın tətbiqi üçün “İsgəndər”lərdən istifadə eləmək fikrinə düşərsə”.
Amerikalı ekspert hesab edir ki, bu kimi planlar Dağlıq Qarabağ probleminin gələcəkdə nizamlanması üçün yaxşı heç nə vəd eləmir: “Ötən ay ”The World Past”un dərc elədiyi məqaləyə əsasən, Gürcüstana radioaktiv material keçirmək istəyən, lakin həbs olunan ermənilərin sayı son iki ildə artıb. Bu isə nüvə silahının yayılmaması və təhlükəsizlik sahəsi üzrə ABŞ və başqa ölkələrdəki ekspertlərdə həyəcan doğurub. Məsələ həm də ondadır ki, dənizə çıxışı olmayan ermənilər Gürcüstandan Qara dəniz limanlarına çıxış üçün istifadə edirlər – ki, nüvə materiallarını Yaxın Şərqə və ya hansısa başqa yerə aparsınlar. 2014-cü ildən etibarən “The World Past” bu kimi fəaliyyətlə məşğul olan 8 erməninin həbsi barədə məlumat verib. 2016-cı ilin yanvarında isə “Sezium-137″ radioaktiv maddəsini sərhəddən çıxarmaq cəhdinə görə 3 erməni tutulub. 2014-cü ilin avqustunda eyni səbəbdən 2 erməni həbs edilmişdi”.
Image result for Metsamor AES
Məqalədə Metsamor AES haqda da qeydlər var: “Bu AES 1970-ci illərdə tikilməyə başlayıb. 1988-ci ildə Spitakdakı dağıdıcı zəlzələdən sonra o qapadılıb. Ancaq 1995-ci ildə beynəlxalq etirazlara rəğmən, fəaliyyəti yenidən bərpa edilib və üstəlik, ikinci reaktor istifadəyə verilib. Regionun bütün ekoloqları və alimlərinin fikrincə isə, bölgənin yüksək seysmik aktivliyi Metsamor AES-in istismarını olduqca təhlükəli edir – hətta yeni tip reaktor tikilsə belə…”
*****
Bütün hallarda Azərbaycan əlbəttə ki, düşmən ölkədən qaynaqlanan bu və başqa yeni təhdidləri ciddiyə alır və alacaq. Yaxşı ki, onları neytrallaşdırmaq üçün ölkəmizin imkanları, cavab xarakterli addımlar atmaq potensialı məhdud deyil. Hərbi və siyasi təhlilçilərə görə, bundan ötrü Azərbaycan ilk növbədə nüvə silahı olan yeganə müttəfiqi Pakistanla, habelə İsrail və Türkiyə ilə hərbi və hərbi texniki əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmalı, işğal zonasına yaxın ərazilərdə genişmiqyaslı təlimləri çoxaltmalıdır.
“Əgər kimsə Rusiyada düşünürsə ki, ermənilərə nümayişkaranə şəkildə hərbi dəstək verməklə Bakını İrəvan və Moskvanın istəyinə uyğun güzəştlərə məcbur eləmək olar, o zaman o, dərindən yanılır”, – deyə azərbaycanlı tanınmış politoloqlardan biri Rusiya-Ermənistan hərbi əlaqələrinin mövcud durumunu şərh edərkən bildirib…
Previous Post

Putin erməni müdafiə nazirini Moskvaya çağırdı – motiv…

Next Post

Azərbaycanda süni yumurta satılır? – Açıqlama

Bənzər yazılar

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

22 Oktyabr 2026 - 18:04

Qərb istiqamətində müharibə nə Minskə, nə də Moskvaya lazımdır, lakin hər iki ölkə ehtimal olunan münaqişəyə hazır olmalıdır. Elchi.az xəbər...

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

22 Oktyabr 2026 - 16:00

Kiyev rejiminin lideri Volodimir Zelenski britaniyalı iş adamı və aparıcı Stiven Bartlettlə müsahibə zamanı göz yaşları töküb. Elchi.az xəbər verir...

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, telefon...

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

21 Oktyabr 2026 - 17:15

Milan hakimiyyəti gənclərin iğtişaşlar törətdiyi şəhərə 500 hərbçinin göndərilməsini məmnunluqla qarşılayıb. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş fərmana əsasən, onlar həbs etmək...

Next Post

Azərbaycanda süni yumurta satılır? - Açıqlama

Azərbaycanda süni yumurta satılır? - Açıqlama

Son xəbərlər

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

22 Oktyabr 2026 - 21:20
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

22 Oktyabr 2026 - 21:18
ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

22 Oktyabr 2026 - 21:16
Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

22 Oktyabr 2026 - 20:14
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

22 Oktyabr 2026 - 20:13
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

22 Oktyabr 2026 - 20:11
Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

22 Oktyabr 2026 - 20:09
Çində 7 maqnitudalı zəlzələ olub

Çində 7 maqnitudalı zəlzələ olub

22 Oktyabr 2026 - 19:43
Kəmaləddin Heydərov yeni qərar imzaladı

Kəmaləddin Heydərov yeni qərar imzaladı

22 Oktyabr 2026 - 19:29
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

22 Oktyabr 2026 - 19:08
Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

22 Oktyabr 2026 - 18:51
DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

22 Oktyabr 2026 - 18:37
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1 050 dolları ötüb

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1 050 dolları ötüb

22 Oktyabr 2026 - 18:24
Sabahdan Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək

Sabahdan Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək

22 Oktyabr 2026 - 18:16
Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

22 Oktyabr 2026 - 18:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.