Putin digər ölkələrə payız səfərlərini planlaşdırır

109

Rusiya prezidenti Vladimir Putin bir sıra xarici ölkələrə payız səfərlərini planlaşdırır.

Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, bu barədə Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Payızda bir sıra xarici ölkələrə səfərlər planlaşdırılır. Bu barədə sizə vaxtında məlumat verəcəyik”.

Peskov qeyd edib ki, məlum səbəblərə görə səyahətlərin yerləri və məqsədləri haqqında ətraflı məlumat vermək hələ tezdir.

Xatırladaq ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar ukraynalı uşaqların qanunsuz deportasiyasında ittiham olunublar. Rusiya Federasiyası BCM-nin yurisdiksiyasını tanımır və buna görə də məhkəmənin qərarını etibarsız hesab edir.

Yeganə