Rusiya Prezidenti Vladimir Putin və Ukraynada hərbi cinayətləri törədən digər şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Elchi.az xəbər verir ki, bunu Finlandiya Baş naziri Sanna Marin deyib.
“Rusiya bu müharibəni uduzur. Bu, legitim müharibə deyil. Bunun üçün məsuliyyət yalnız Rusiyanın üzərinə düşür. Rusiya Ukraynada hər gün dinc əhalini qətlə yetirir. İnsanlara təcavüz olunur. Uşaqlar kütləvi şəkildə Rusiyaya deportasiya edilir. Bütün bu əməllərə görə günahkarlar da cəzalandırılmalıdır. Rusiya rəhbərliyi, Putin də bundan yaxa qurtara bilməyəcək. Finlandiya bu dəhşətli cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi üçün bütün səyləri dəstəkləyir”, – baş nazir bildirib.
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb
Danimarka ABŞ Prezidenti Donald Trampın Vaşinqtona Qrenlandiyanın təhlükəsizliyi üzərində daimi nəzarət imkanı verən və Rusiya ilə Çinin Arktika ərazisində hərbi...





















Son şərhlər