Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının operativ iclasını keçirəcək.
Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:
“Prezident bu gün günorta və ya günün ikinci yarısında Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirməyi planlaşdırır”.
Peskovun sözlərinə görə, o vaxta qədər Putin digər tədbirlərdə də iştirak edə bilər: “Bundan əlavə, Prezident çərşənbə günü MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının iclasında nümayəndə heyətlərinin rəhbərləri qarşısında çıxış edəcək”.
Şayəstə