Rusiya prezidenti Vladimir Putin və BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Onlar Zaporojye AES ətrafında vəziyyəti, o cümlədən MAQATE nümayəndə heyətinin sentyabrın 1-də səfərinin nəticələrini müzakirə ediblər. Putin MAQATE-nin əməkdaşlığını müsbət qiymətləndirib.
Putin və Quterreş ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya ilə BMT arasında sıx əməkdaşlığın aktuallığını vurğulayıblar.