“Bir çox Avropa ölkələri Ukrayna taxılından imtina etməyə başlayıblar – məhz onlar Rusiyadan yox, Ukraynadan gələn taxıla qarşı diskriminasiya edirlər”.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, bu sözləri iyulun 13-də Rusiya prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində çıxış edərkən deyib.
Rusiya lideri xatırladıb ki, taxıl müqaviləsi çərçivəsində Ukrayna ərazisindən ixrac edilən ərzaq məhsullarının, ilk növbədə, taxılın cəmi üç faizindən bir qədər çoxu dünyanın ən kasıb ölkələrinə gedib. Taxılın qalan hissəsi isə Avropaya ixrac olunurdu.
Lakin Putin vurğulayıb ki, bir çox Avropa ölkələri Ukraynadan taxıl almaqdan imtina edir.
Qeyd edək ki, 2023-cü il mayın 2-dən sentyabrın 15-dək Ukraynadan Macarıstan, Polşa, Rumıniya, Slovakiya və Bolqarıstana buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının idxalı qadağan edilib. Şərqi Avropa dövlətləri öz kənd təsərrüfatı istehsalçılarının maraqları naminə qadağanın uzadılmasında israrlı olduqları halda, Ukrayna Kənd Təsərrüfatı Nazirliyi Brüsseldən məhdudiyyətləri tamamilə aradan qaldırmağı tələb edib.
Yeganə