"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Putin bağışlamayacaq… nə Sərkisyanı, nə də Qarabağı

11 Aprel 2016 - 10:51
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

  Putin bağışlamayacaq... nə Sərkisyanı, nə də Qarabağı
Həmkarım Etibar Seyidağa danışır ki, azyaşlı qızı ad günündə özünə Allahdan planşet istəyirmiş. Bunu eşidən 6 yaşlı oğlu hirslə qayıdıb ki, “bacı, ayıb deyil, adam Allah babadan Kəlbəcəri istəyər, planşet yox!”
Bax, bu günlərdə bizim uşaqların fikri-zikri Qarabağdır, ordumuzdur, əsgərimizdir, bayrağımızdır. Atəşkəs günü məndən də oğlum “ata, nə oldu, əsgərlərimiz Şuşanı almadımı”-soruşmuşdu… 
Son hadisələr göstərdi ki, bizim Qarabağ sevgimiz gen yaddaşımıza hopub, onu silib-atmaq mümkünsüzdür. Bunu dost da gördü, düşmən də. Ancaq eyforiyaya qapılmamalıyıq. Bəli, düşmənin burnu ovulub, qarşısında kim olduğunu nəhayət, anlayıb, ancaq bu, hələ son qələbə deyil. Nə qədər ki, böyük savaş başlamayıb, oturub bütün sahələrdə vəziyyəti saf-çürük eləməliyik, harda səhvlər oldu, daha nələr etmək olar ki, uğurlarımızın davamı gəlsin.
İndi növbə Azərbaycan diplomatiyasınındır. Danışıqlarda elə  mövqedən çıxış etmək lazımdır ki, hər səngər uğrunda verdiyimiz şəhidlərin ruhu narahat olmasın. Hətta fotolar çəkdirəndə də unutmamaq lazım ki, qarşıdakı düşməndir. Aprelin ilk həftəsindəki birliyimizin qorunub-saxlanmasına çalışmaq lazımdır , daxili savaşa girsək, hamılıqla məğlub olacağıq. Təxribat planları işə salına, birliyimiz sarsıdıla bilər. Unutmayaq ki, hələ savaş bitməyib və arxa cəbhənin vəhdətdə olması çox önəmlidir.
Suriya böhranından sonra çıxılmaza düşən Rusiya Qarabağdakı əməliyyatları dayandırmaqla özünü dünyaya yeni statusda təqdim etmək şansı qazandı. Şübhə yoxdur ki, Moskva masa üzərinə öz maraqlarına xidmət edən sənədi qoyacaq. Əslində son səfərləri zamanı Rusiya rəhbərliyi Azərbaycandan nə istədiyinə işarə etdi. Sergey Lavrov“Azərbaycan nə AİB-ə, nə də ki KTMT-yə üzvdür. lakin, mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”,– dedi. Dmetriy Medvedev isə “Dağlıq Qarabağı tez-tələsik insan həyatı hesabına həll etməkdənsə, ən yaxşısı donmuş vəziyyətdə saxlamaqdır”-söylədi. Bundan sonra Moskvanın hansı müsbət təklifinə inanmaq olar?
Rusiya problemi doğrudan da həll etmək istəyirsə, öz hərbi müttəfiqi Ermənistana ultimatum verməliydi ki, öz əsgərlərini Qarabağdan çəksin. Bir telefon zəngi ilə Putin Sərkisyanı ayağına çağırmırdımı? Elə cəbhədə ağır artilleriya və tank atəşi də məhz Rusiya rəhbərliyinin müdaxiləsindən sonra dayandı. Deməli, Putin Azərbaycanın istədiyi həll yolunu istəmir, ən azı ordusunu Qarabağa yerləşdirmək istəyir, axı rus ordusu tarix boyu harasa girməyə öyrəncəlidir. Gürcüstana, Ukraynaya, Suriyaya… Bəs, indi hara? Plan məlumdur. Bütün dünya Qarabağ məsələsinin dondurulmuş saxlanmasını təhlükəli saydığı halda, Medvedev deyir gəl, dondurub saxlayaq…
Yoxsa 5+2 söhbəti ən yaxşı halda nağıl, ən pis halda isə bizə tələdir. Erməni həyasızcasına Lələtəpə və Talış yüksəkliyinin iddiasını edir, Rusiya bizi necə inandıra bilər ki, o, mərhələli şəkildə rayonları azad edəcək? Digər tərəfdən də lap 5 rayonun azad olunması baş versə belə, Laçın və Kəlbəcər daxil olmaqla Dağlıq Qarabağa əlvida “deməli” olacağıq.
Sərkisyanın isə artıq fatihəsi verilib. Ermənistan prezidenti ən azı Almaniyada Putini satdığına, başından böyük danışdığına görə cəzalanacaq, buna şübhə yoxdur. Həm də artıq Serjik ölkəsində bütün dayaqlarından bəhrum olub. Hakimiyyəti o qədər laxlayıb ki, hətta 1998-ci ildə istefaya göndərdiyi Ter-Petrosyanın ayağına gedib ondan məsləhət istəyir.
Qabaqlar Sərkisyan məsləhətə Putinin ayağına gedərdi. Vəziyyət dəyişib. Bu gün erməni xalqı “bizim oğullarımızı özgə torpaqlarında niyə öldürdün” sualına cavab istəyirlər. Ölkədə hər an üsyan başlaya, Moskvaya bağlı güc strukturları isə Serjiki tək qoya bilər. Ter-Petrosyansa istefaya yola salınanda sözünü demişdi: “Vaxt gələcək ermənilər azərbaycanlılara yalvaracaq”.
O vaxt yetişib, budur, başına bombalar yağan ermənilər Rusiya “bizi satdı” deyə, hay-küy salıb. Ancaq əslində bununla ermənilər növbəti dəfə satqınlıq missiyasını yerinə yetirir, bu dəfə də Rusiyanı satır. Putin isə bunu Sərkisyan iqtidarına bağışlamayacaq. Qarabağı bizə bağışlamadığı kimi. Ancaq Sərkisyanın gedişi durumu dəyişməyəcək. Azərbaycan növbəti savaşa hazırlaşmalıdır. Hamımız gördük ki, müharibə zarafat deyil.
Uşaqların da yuxusu qaçıb, Allah babadan Kəlbəcər istəyirlər. Heç olmasa bu savaşı bağça yaşlı balalar üçün saxlamayaq…
Previous Post

Putin bağışlamayacaq… nə Sərkisyanı, nə də Qarabağı

Next Post

Nemət Pənahlı saxlanıldı…

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Nemət Pənahlı saxlanıldı...

Nemət Pənahlı saxlanıldı...

Son xəbərlər

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.