Rusiya prezidenti Vladimir Putin ikitərəfli görüşün keçiriləcəyi yerə gedərkən Çində keçirilən ŞƏT sammitində Hindistanın baş naziri Narendra Modiyə “Aurus”dakı yerini verib.
Elchi.az xəbər verir ki, “Aurus”un qapısı bağlanmazdan əvvəl Hindistan hökuməti başçısının köməkçisi şəkil çəkdirməyi xahiş edib.
Kadrlarda hindistanlı siyasətçinin avtomobilin salonuna maraqla baxması diqqət çəkir.
Putin və Modi bazar ertəsi ŞƏT-in Tianjin sammiti çərçivəsində danışıqlar aparıblar. Onlar “Aurus”dakı iqamətgahda görüş keçirmək üçün tədbir yerini tərk ediblər. Kortej binaya doğru irəliləyib, nümayəndə heyətinin başçılarını müşayiət edənlər içəri keçib, lakin liderlər maşında üzbəüz söhbətlərini davam etdiriblər. Tək-tək söhbət təxminən bir saat davam edib.
Tərəflər iqtisadi, maliyyə və enerji sahələrində əməkdaşlığı müzakirə ediblər.
Yeganə




















Son şərhlər