Rusiya tamhüquqlu tərəfdaş kimi Afrika ölkələrinə iqtisadiyyatlarını, suverenliyini və sosial sabitliyini gücləndirməkdə kömək etməyə davam edəcək. Bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun iştirakçılarına təbrikində bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin rəsmi “Telegram” saytında dərc olunub.
“Biz əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik: ticarəti, investisiyaları stimullaşdırmaq, əməkdaşlığı dərinləşdirmək, yoxsulluqla mübarizə, müasir kadrların hazırlanması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyi kimi aktual məsələləri birgə işləyəcəyik. Biz afrikalı tərəfdaşlara milli və mədəni suverenliyin möhkəmləndirilməsində, regional və qlobal problemlərin həllində daha fəal iştirakda hər cür yardım göstərməyə davam edəcəyik”, – sənəddə deyilir.
Bundan əvvəl prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Afrika ölkələrinin forumda və Sankt-Peterburqda keçirilən sammitdə iştirakı onların hər hansı bir şəraitə baxmayaraq Rusiya ilə əlaqələri gücləndirmək istədiklərinin sübutudur.
Havar Şəfiyeva