Putin Afrika liderlərini Afrika Günü münasibətilə təbrik edib

73

 

Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinin liderlərini Afrika Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, onun təbriki Kremlin saytında dərc olunub.

Dövlət başçısı qitə ölkələrinin bütün liderlərini Rusiyada keçiriləcək sammitdə görməkdən şad olacağını vurğulayıb. O qeyd edib ki, bu tədbir əməkdaşlığın genişləndirilməsi, o cümlədən siyasi və iqtisadi sahədə yeni vəzifələrin müəyyənləşdirilməsinə imkan verəcək.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov iyulda Sankt-Peterburqda ikinci Rusiya-Afrika sammitinin keçirilməsinin Moskvanın qitəyə qayıtmaq üçün strateji seçimi və uzunmüddətli siyasəti olduğunu bildirmişdi.

Havar Şəfiyeva