Yakutiyanın Çurapçinsk ulusunun Arılax kəndindən olan Alyoşa Putinə zəng edərək, inək istəyib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, məktəblinin istəyini qeydə alan operator bu barədə regionun rəhbərliyini məlumatlandırıb.
Yakutiyanın kənd təsərrüfatı naziri Aleksandr Atlasov deyib ki, artıq məsələ müzakirə edilib və uşağın ailəsinə inək veriləcək. Nazir həmçinin bildirib ki, 4 il əvvəl Sokolnikovlar ailəsinin evi yanıb və Alyoşa bibisigildə yaşayır.
A.Atlasov çətin şəraitdə yaşayan ailələr üçün nəzərdə tutulan proqram çərçivəsində ailənin ev məsələsinin də həll ediləcəyini qeyd edib.